BAKI MÜHƏNDİSLİK UNİVERSİTETİ

SƏNAYE  MÜHƏNDİSLİYİ KAFEDRASI  

 

  Kafedranın (İxtisasın) aktuallığının əsaslandırılması

Sənaye Mühəndisliyi ixtisası, müxtəlif elmi üsullardan istifadə edərək tələbələri, istehsal və xidmət sahələrində mövcud olan insan, zaman, sərmayə, xammal kimi resurslardan ibarət sistemlərin layihələndirilməsindən başlayaraq, qurulması, təkmilləşdirilməsi və istifadəyə verilməsinə qədər bütün proseslərlə bağlı biliklərlə təmin edir. Kafedranın məqsədi.

Kafedranın fəaliyyət istiqamətləri.

Sənaye mühəndisliyinin əsas məqsədi bu ixtisas üzrə təhsil alan tələbələrin əməliyyatların tədqiqi, müəssisə planlaşdırılması, ümumi keyfiyyətə nəzarət, layihələrin İdarəedilməsi və s. fənnlər üzrə biliklər almasını təmin etməkdir. 

Kafedranın akademik heyəti.

Ümumi olaraq bölmə 6 akademik personaldan ibarətdir. Bunlardan ikisi fəlsəfə doktoru, iki nəfər baş müəllim, 4 müəllim və bir laborant kimi fəaliyyət göstərməkdədir.

No

Ad Soyad

Vəzifəsi

Dossent

Fəlsəfə doktoru

Magistr

Bakalavr

1

Pərviz Həsənov

kafedra müdiri

 

x

 

 

2

Pərviz Məmmədov

dekan müavini

x

x

x

 

3

Sevil İmanova

Baş müəllim

 

 

x

 

4

Nail Tahirov

Baş müəllim

 

 

x

 

5

Etibar Hüseynli

Müəllim

 

 

x

 

6

İlkin Rəfiyev

Müəllim

 

 

x

 

7

Məmməd Hüseynov

Müəllim

 

 

x

 

8

Kamran Şiraliyev

laborant

 

 

x

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Kafedranın xarici əlaqələri.

Kafedranın heyətinin mütəmadi olaraq avropa birliyi layihələri çərçivəsində avropanın tanınmış universitetləri ilə birgə layihələr həyata keçirir və eyni zamanda ixtisasartırma kurslarında iştirak etməktədir. Kafedra müəllimlərinə ixtisas ilə əlaqəli kurslarında iştirak etmələri haqqında göstərişlər verilmişdir.

 Kafedranın tələbələrin karyera və təcrübə məsələlərində rolu.

Bakalavr və magistr tələbələrinin təcrübələri ixtisasa uyğun olan müəssisələrdə  təşkil olunmuş  və təcrübə sonunda tələbələrdən təcrübə hesabatları qaydalara uyğun olaraq qəbul edilmiş və protokollaşdırılmışdır.

Universitetdə öyrəndikləri məlumat və bacarıqlarını Universitet xaricindəki şirkət və dövlət qurumlarında tətbiq edə bilmələri üçün staj proqramlarını Respublika daxilində və xaricindəki nüfuzlu şirkətlərdə yerinə yetirirlər. Belə şirkətlərə nümunə olaraq aşağıdakıları göstərə bilərik:

  • Azərsun Holding
  • Coca Cola
  • SOCAR
  • Azərkosmos ASC
  • Fab
  • Azərtexnolayn
  • Uyumsoft (Türkiyə)
  • Boydak (Türkiyə)
  • STP
  • A-Kond
  • Embawood

Kafedranın maddi-texniki bazası (laborotoriyaları)

Sənaye mühəndisliyi kafedrasında tədris olunan fənlər üzrə Universitet kitabxanasında ixtisasla bağlı ümumilikdə 3580 ədəd müasir kitab və elmi jurnallar var.

Kafedranın fəaliyyət göstərən 15 fərdi komputerdən ibarət bir laboratoryası mövcuddur. Laboratoriyada proqram təminatı tələb edən proqramları istifadə etmək üçün aşağıdakı komputer proqramları var.

-         MS Project

-         CAD

-         LİNGO

-         MATLAB

-         MS Ofice proqramları

Tələbələr istədikləri vaxt laboratoriyadan istifadə etmək imkanına sahiblər. Labotoriyanın proqram təminatının artırılması tövsiyə edilmişdir.

 Kafedranın tələbələrə istiqamətli elmi və sosial fəaliyyəti

Sənaye mühəndisliyi kafedrasının qarşıya qoyduğu əsas elmi-tədqiqat istiqaməti istehsalat və xidmət sahələrinin elmi-praktiki problemlərin təyini, istehsal proseslərinin optimal idarə edilməsi, istehsal proseslərində keyfiyyətə nəzarət, informasiyanın emalı və idarə edilməsi, sistem analizi dizaynı və nəzarət problemlərinin işlənilməsidir.

 

 

 
 
 

©2018