BAKI MÜHƏNDİSLİK UNİVERSİTETİ

Riyaziyyat müəllimliyi kafedrası

 

   Günü gündən inkişaf edən və eyni zamanda problemlərin artdığı cəmiyyətimizdə müəllimlik sənətinin əhəmiyyəti daha da artmaqdadır. Bu mənada cəmiyyətimizin ehtiyacı olan həm öz ixtisasının peşəkarı həm də geniş dünya görüşünə sahib müəllim və müəllimələri yetişdirmək məqsədi ilə riyaziyyat müəllimliyi bölməsi açılmışdır. 

Bölmədə əsas riyazi fənlərlə yanaşı məzun olan tələbələrin pedaqoji fəaliyyət göstərə billməsi üçün tədris planında pedoqogika, psixologiya, sosiologiya və məktəb riyaziyyat kursunun elmi əsasları kimi fənlərə də yer verilmişdir. Bundan əlavə, orta məktəbdə riyaziyyat tədrisinin metodikası, cəbrin və həndəsənin bəzi məsələləri və məsələ həlli strategiyaları kimi fənlərin tədrisində orta məktəbdə keçirilən cəbr və həndəsə dərslərinin əsas bölmələrinə xüsusi diqqət yetirilir. Təhsil müddəti ərzində tələbələrin  pedaqoji təcrübə keçmələri planlaşdırılmışdır. 

   Bölmənin tədris proqramı məzunlara təhsillərini magistr səviyyəsində davam etdirməyə və riyaziyyatın müxtəlif sahələrində elmi tədqiqatla məşğul olmağa imkan yaradır.

 Tarixçə

  Bakı Mühəndislik  Universiteti Riyaziyyat müəllimliyi kafedrası 2017-ci ilin əvvəllərindən fəaliyyətə başlamışdır. Birinci kursda tələbələrə yalnız ingilis dili öyrədilir. Sonrakı illərdə əsas fənlər ingilis dilində tədris olunur. 

 Məqsəd

   Bölümün əsas məqsədi milli və qlobal dəyərlərə sahib, ədalətli, əzimli, daim özünü inkişaf etdirən, hüququn üstünlüyünə və düşüncəyə hörmət edən, yüksək peşə qabiliyyətinə malik, araşdırma və təhlil etmək, eləcədə əlaqə qurmaq bacarıqlarını inkişaf etdirmiş, özü və ətrafı ilə dialoq əsasında qurucu fəaliyyətləri ilə seçilən nümunəvi müəllimlər yetişdirməkdir. Elmi tədqiqatlara üstünlük verən, keyfiyyətli müəllimlər yetişdirməklə yanaşı, riyaziyyatın tədrisi sahəsində yeni elmi metodları araşdıran və tətbiq edən, həmişə özünü inkişaf etdirən müəllimlər yetişdiməklə bağlı problemlərə elmi-metodiki həll yolları gətirən, hazırladığı müəllimləri ilə qürur hissi keçirən  bölmə olmaqdır.

    Bunlarla yanaşı tələbələrə Riyaziyyat müəllimliyi ixtisası üzrə Bakalavr dərəcəsi təqdim etməkdir. Həmçinin tələbələri yüksək səviyyəli riyaziyyatçı və riyaziyyat müəllimi kimi yetişdirmək əsas hədəfimizdir. 

 Vizyon

         1. Azərbaycan daxilində riyaziyyat sahəsində elmi-pedaqoji mərkəz kimi tanınmaq.

          2. Professional və etik məsuliyyəti dərk etmə bacarığı

          3. Şifahi və yazılı formaları səmərəli əlaqələndirə bilmə bacarığı.

          4. Müxtəlif səviyyəli qruplarla işləmə bacarığı 

Bakı Mühəndislik Universiteti Riyaziyyat Müəllimliyi bölməsinin müdiri  Dr. Rakib Əfəndiyevdir

 
 
 

©2018