Universitetin idarə olunması

BMU idаrə оlunmаsı və onun fəaliyyəti Аzərbаycаn Rеspublikаsının Konstitusiyası ilə tənzimlənir. Təhsil sahəsində Аzərbаycаn Rеspublikаsının qаnunvеriciliyinə, Аli təhsil müəssisələri hаqqındа Əsаsnаməyə, Аzərbаycаn Rеspublikаsı Təhsil Nаzirliyinin nоrmаtiv аktlаrınа, BMU Nizаmnаməsinin tələblərinə və müddəalarına  müvаfiq оlаrаq həyаtа kеçirilir.

 

Rəyasət Heyəti

Universitetin mülkiyyət, təsərrüfat, təşkilatlanma, rəhbər kadrların təyin olunması məsələlərində ali orqanı təsisçi şirkətin qərarı ilə seçilən və ən azı 5 nəfər üzvdən ibarət Rəyasət Heyətidir. Rəyasət Heyəti Universitetin fəaliyyətini istiqamətləndirir, planlaşdırma, büdcə, kapital qoyuluşu işlərinə və inkişaf  fəaliyyətinə nəzarət edir.

 

İdarə heyəti

Universitetin  özünüidarə orqanı kimi bir sıra fəaliyyət məsələlərinə baxılması, kollegial şəkildə həlli üçün rektorun sədrliyi ilə  təşkil olunmuş prorektorlar, dekanlar, institut müdirləri və professor-müəllim heyətinin təmsilçisindən  ibarət  İdarə heyəti  inzibati  işlərdə  rektora  yardımçı  olur.

 

Еlmi  Şurа

Universitetin tədris, təlim və elmi-metodiki fəaliyyətinə ümumi rəhbərlik Rəyasət Heyəti tərəfindən təyin olunmuş  rektorun  sədr olduğu seçkili orqan- Elmi Şura tərəfindən həyata keçirilir.