Beynəlxalq Əlaqələr

   Beynəlxalq Əlaqələr üzrə prorektorluq universitetin beynəlxalq imicinin formalaşması və beynəlxalq nüfuzunun artması istiqamətində məqsədyönlü fəaliyyət göstərməkdədir. Missiyamız akademik və administrativ mobillik imkanlarını araşdırmaqla universitet əməkdaşlarının daimi inkişafı yollarını öyrənmək və yaymaq, universitetin beynəlxalq proqram və layihələrdə rəhbər və tərəfdaş qismində iştirakının təmin etmək, beynəlxalq standartlara uyğun kadr hazırlığı, tədris-metodiki vəsaitin təminatı və elmi tədqiqat işləri sahəsində beynəlxalq əməkdaşlıq imkanları yaratmaqla beynəlxalq əlaqələrin inkişafını həyata keçirmək, beynəlxalq arenada nümunəvi universitetə çevrilməkdir.

   Daim yenilənən əməkdaşlıq formalarının qurulması, aktual məsələlərə həsr olunan layihələrin hazırlanması və Universitetin bu kimi layihələrdə fəallığının artırılması, tanıdılması məqsədi ilə təşkil olunan yerli və müxtəlif beynəlxalq konfransların, seminarların, görüşlərin və digər ictimai-mədəni tədbirlərin təşkil olunması istiqamətində işlər görən prorektorluğun tərkibində Xarici əlaqələr və Layihələrin idarə olunması şöbəsi mövcuddur. Şöbə layihələrin idarə olunması, beynəlxalq əməkdaşlıq, əcnəbi tələbə qəbulu və miqrasiya məsələləri ilə məşğul olur.

 Bakı Mühəndislik Universitetinin beynəlxalq əlaqələri aşağıdakı kimi inkişaf etdirilir:

   Yuxarıda qeyd olunanları rəhbər tutaraq, universitet müxtəlif mübadilə proqramları vasitəsi ilə Avropa və Türkiyə universitetləri ilə əməkdaşlıq edir, dünyanın müxtəlif universitetləri ilə ikitərəfli əməkdaşlıq müqavilələri bağlamaqla müəllim və tələbə heyətinin mübadiləsi, müəssisələr arasında seminar, konfrans və akademik görüşlərin, xüsusi qısamüddətli akademik proqramların təşkili, elmi tədqiqatların aparılması, dərc edilmiş elmi və didaktik materialların, eyni zamanda informasiya mənbələrinin mübadiləsini dəstəkləyir.

  Qeyd edək ki, qısa müddət ərzində Çin, Fransa, Finlandiya, Polşa, Rumıniya, Türkiyə, Xorvatiyadan olmaqla 10-dan çox universitetlə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanmışdır.

    Universitet eyni zamanda;  Almaniya, İngiltərə, İtaliya, Çexiya, Portuqaliya, Rumıniya, Polşa, Türkiyə, Sloveniya və Latviyadan olmaqla 18 universitetlə Erasmus+KA1 proqramı çərçivəsində, 5 Türkiyə Universiteti ilə Mövlana mübadilə proqramı çərçivəsində əməkdaşlıq edir.

   Universitet qurulduğu gündən əməkdaşlıq etdiyi Erasmus+KA2 proqramının infrastrukturun inkişaf və təkmilləşdirilməsini, kadrların təlimini nəzərdə tutan 5 layihədə iştirak edir.

1. “Ali təhsil müəssisələrində miqrasiya elmlərinə təşviq” (Promoting Migration Studies in Higher Education, PROMIG), 2016–2019-cu illəri əhatə edən layihənin koordinatoru Tbilisi Dövlət Universitetidir (Gürcüstan). Layihənin məqsədi daha əvvəl həyata keçirilən UNIMIG layihəsinin davamı olaraq ali təhsil müəssisələrində miqrasiya elmlərinə təşviqdir. Bu çərçivədə layihə tərəfdaşı olan ali təhsil müəssisələrində təlimlər, o cümlədən BMU-da Avstriyanın Graz Universitetindən gələn nümayəndə heyətinin təqdimatında ikigünlük təlim keçirildi.

  1–7 iyul 2018-ci il tarixlərində eyni layihə çərçivəsində Gürcüstanın Tbilisi şəhərində birhəftəlik “Yay məktəbi” təşkil olunub. Bu tədbirdə BMU-nun 3 əməkdaşı və 2 magistratura tələbəsi iştirak ediblər.

   Layihə çərçivəsində BMU-nun bir əməkdaşı 17–23 dekabr 2018-ci il tarixində Hindistanda təşkil olunan “Qış məktəbi” adlı tədbirdə məruzəçi kimi iştirak edib. Həmin tədbirdə həmçinin Əfqanıstanın Təbəş Universiteti üçün magistr proqramının akkreditasiyası prosesi haqqında müzakirələr aparılıb və Kabil Universitetində miqrasiya ixtisası üzrə təkmilləşdirilən tədris proqramları haqqında məruzə təqdim edilib.

   Onu da qeyd edək ki, 2019-cu ildə də bir çox tədbirlər layihə çərçivəsində görülməsi planlaşdırılıb və BMU-nun layihə idarəetmə komandası tərəfindən işlər davam etdirilir.

2. “Təhsildə regionlararası mobillik, keyfiyyət, uyğunluq və hər kəsə açıq sistemin qurulması” (Paving the way to interregional mobility and ensuring relevance, quality  and equity of access, PAWER), 2016–2019-cu illəri əhatə edən layihənin koordinatoru Università degli Studi dell'Aquiladır (İtaliya). Layihənin məqsədi tələbələrin regionlararası mobilliklərin təmin edilməsi üçün tərəfdaş universitetlər arasında ECTS kredit sisteminin qurulması və təkmilləşdirilməsidir. 2017-ci il ikinci rübündə Monqolustanda (Ulan-bator şəhəri), Böyük Britaniyada (Middlesex Universiteti),Macarıstanda (Szeged Universiteti) və Polşada (Vroklav Ətraf mühit və Həyat Universiteti), keçirilən Boloniya qiymətləndirmə sistemi, proqramların beynəlxalq səviyyədə keyfiyyəti və tanınması; Avropa kredit transferi və yığımı sistemi, ECTS qiymətləndirmə sistemi, hər saata düşən kredit; mobillik razılaşmaları, tələbələrə dəstək verilməsi, mobillik siyasəti və sənədləşmələr üçün dəstək; əməkdaşların və tələbələrin mübadiləsi, “Kredit köçürmələrinin və qiymətləndirmə sisteminin tanınması” ilə əlaqədar keçirilmiş təlimlərdə əməkdaşlarımız iştirak ediblər.

Layihə çərçivəsində bir neçə tədbir keçirilib və BMU-nun əməkdaşları həmin tədbirlərdə aktiv iştirak ediblər.

   Layihənin təqdimat və iclasları Polşanın Varşava şəhərində (27–28 fevral, 2017) Monqolustanın Ulan-bator şəhərində( 26–27 sentyabr, 2017), “Avropada təlim” adı ilə İngiltərənin London şəhərində (noyabr–dekabr, 2017), Qazaxıstanın Almatı şəhərində (16–17 may, 2018), Tacikistanın Düşənbə şəhərində (11–12 oktyabr 2018) təşkil olunub. Onu da qeyd edək ki, 2019-cu ildə də layihə çərçivəsində bir çox tədbirlərin görülməsi planlaşdırılıb və BMU-nun layihə idarəetmə komandası tərəfindən işlər davam etdirilir. 

 3. “Azərbaycanda doktorantura proqramlarının Avropa ali təhsil müəssisələrinin tələblərinə uyğun yenidən qurulması və inkişaf etdirilməsi”. (Erasmus+KA2, Restructuring and development of doctoral studies in Azerbaijan in line with requirements of European higher education area, NIZAMI) kimi layihələrin iştirakçısıdır. 2015–2018-ci illəri əhatə edən layihənin koordinatoru University of Montpellierdir (Fransa). Layihənin məqsədi Azərbaycanda doktorantura təhsil sisteminin Avropa ali təhsilinə və Bolonya sisteminə uyğun şəkildə reform edilməsi, islahatların aparılmasıdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, ölkənin doqquz, eləcə də Avropanın beş aparıcı ali təhsil müəssisəsinin iştirak etdiyi “NİZAMİ” layihəsinin əsas məqsəd, Azərbaycanda doktorantura təhsilinin təşkili qaydalarına yenidən baxılması, bu təhsil səviyyəsində keyfiyyətin təminatına və beynəlmiləlləşdirilməsinə nail olması, doktorantura təhsil standartlarının müəyyənləşdirilməsi və ölkə üzrə doktorantura təhsilini həyata keçirən təhsil müəssisələrini birləşdirən milli portalın yaradılmasından ibarətdir. Eyni zamanda doktorant və dissertantların müdafiəyə qədər və müdafiə prosedurunun asanlaşdırılması, onların fəaliyyətinin daha şəffaf və obyektiv qiymətləndirilməsi imkanlarını da müəyyənləşdirmək layihə çərçivəsində nəzərdə tutulub. Bunlarla əlaqədar olaraq, “NİZAMİ” layihəsinin müvafiq iş planında nəzərdə tutulan “Elmi Rəhbərlik Müqaviləsi”nin ilkin variantı BMU-nun da əməkdaşlarının iştirakı ilə hazırlanıb. Bu müqavilədə indiyə kimi universitetdə mövcud olmayan elmi rəhbər və doktorantın hüquq və vəzifələrini müəyyənləşdirən sənəd hazırlanıb və Təhsil Nazirliyinin tövsiyəsi ilə Azərbaycanın bütün ali təhsil müəssisələrinə 05.06.2018-ci il tarixindən tövsiyə olunub. Bunu da layihənin uğurlu nəticəsi kimi qiymətləndirmək olar.

   Onu da qeyd edək ki, 2019-cu ildə də bir çox tədbirlər layihə çərçivəsində görülməsi planlaşdırılıb və BMU-nun layihə idarəetmə komandası tərəfindən işlər davam etdirilir. Bunlarla yanaşı BMU, layihənin 6 saylı “Keyfiyyət planı” iş paketinin  icrasına Almaniyanın Heidelberg Universiteti ilə birlikdə cəlb olunub.

BMU, 2018-ci ildə adları aşağıda qeyd olunan iki Erasmus+KA2 layihəsində tərəfdaş kimi iştirak hüququ qazanmışdır.

4. «CRENG – Nəqliyyat xidmətləri üçün böhran və risklər mühəndisliyi» adlı Erasmus+KA2 layihəsi.

Qrant qalibi / koordinator: Varşava Politexnik Universiteti (Polşa)

Layihənin müddəti: 3 il (2018–2021)

5. «MAGNUS – Tərəfdaş universitetlərdə Mobil Tətbiqlərin və Oyun Dizaynı magistr proqramlarının hazırlanması» adlı Erasmus+KA2 layihəsi.

Qrant qalibi / koordinator: Linkopings Universiteti (İsveç)

Layihənin müddəti: 3 il (2018–2021) 

   Yeni layihələr 2019-cu ildən icra olunmağa başlayacaq və daha ətraflı hesabat xarakterli məlumat təqdim olunacaq. Hal-hazırda hər bir layihənin məzmununa uyğun olaraq universitetdə layihə işçi qrupu formalaşdırılmışdır və hər bir layihənin rəhbəri ilə növbəti mərhələlər barədə əlaqə saxlanılır və işlər görülür.

   BMU həmçinin Avropa İttifaqının (Aİ) HORIZON 2020 proqramında da aktiv iştirak etməyə çalışır.

  BMU həmçinin İngiltərə Konsulluğunun «Creative Spark: Ali Təhsil üçün Müəssisə proqramı»nın Newcastle – CAERC layihəsində də tərəfdaş universitet kimi iştirak edir.

   Hazırda Bakı Mühəndislik Universitetində 17 ölkədən 95 tələbə təhsil alır. Bu ölkələr Rusiya, Çad, Çin, Gürcüstan, İran, İraq, İndoneziya, Qazaxıstan, Türkmənistan, Əfqanıstan, Türkiyə, Tacikistan, Misir, Moldova, Myanma, Peru, Ukrayna respublikalarıdır. Əcnəbi tələbələr, əsasən, Beynəlxalq münasibətlər, Biznesin idarə edilməsi, Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları, İngilis dili və ədəbiyyatı, Kimya mühəndisliyi, Mexanika mühəndisliyi, Maliyyə, Riyaziyyat müəllimliyi, Riyaziyyat və informatika müəllimliyi ixtisaslarına maraq göstərirlər.

   BMU-da hazırda 18 ixtisas üzrə tədrisin ingilis dilində olması xarici professor-müəllim heyəti və tələbələr arasında universitetə marağı artırır.

    Universitetin vebsaytında qəbul şərtləri, ölkə ərazisinə daxilolma və ölkədə yaşamanın qanuniləşdirilməsi ilə əlaqədar məlumatlandırıcı informasiyalar, mümkün təhsil imkanları və səviyyələri barədə məlumatlar, məsul şəxslərə dair məlumatlar, tələbələri maraqlandıra biləcək təhsildən kənar informasiyalar, xarici dildə tədris olunan ixtisaslar və hazırda həyata keçirilən ikili diplom proqramı ilə əlaqədar informasiyalar xarici dildə yerləşdirilmişdir: http://iro.beu.edu.az/. BMU-nun Beynəlxalq Əlaqələr üzrə prorektorluğun səhifə ilə eyniadlı facebook sosial şəbəkəsində səhifəsi mövcuddur və aktivdir. (International Relations and Project Management Office of BEU)

   Bundan əlavə, əcnəbi abituriyentləri və xaricdə təhsil almaq istəyən tələbələri maraqlandıran suallara “tez-tez verilən suallar” qismində cavab bölməsi yerləşdirilmişdir. http://iro.beu.edu.az/en/page/Frequently-asked-questions-903394.html

   Bakı Mühəndislik Universiteti (bundan sonra BMU) Eramus+, Mövlana kimi beynəlxalq layihə və mübadilə proqramlarının iştirakçısı olmaqla yanaşı, “İkitərəfli əməkdaşlıq” müqaviləsi çərçivəsində müəllim-tələbə mübadiləsi, birgə elmi tədqiqatlar və kitabxana mübadiləsi və s. kimi fəaliyyətlər həyata keçirir.

  BMU faktiki olaraq fəaliyyətə başladığı fevral ayından etibarən Erasmus+KA1 mübadilə proqramı çərçivəsində Almaniya, İtaliya, Portuqaliya, Sloveniya, Rumıniya, Latviya, Türkiyə, Çexiyadan olmaqla 17 universitet ilə əməkdaşlıq edir.

   Bakı Mühəndislik Universiteti bu müddət ərzində Mövlana Mübadilə Proqramı çərçivəsində Türkiyə Respublikasının 5 universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Bundan başqa BMU təkcə “İkitərəfli əməkdaşlıq müqaviləsi” ilə 11 Avropa və 4 yerli ali təhsil müəssisə ilə əməkdaşlıq edir.

   Universitet hazırda Erasmus+ proqramı çərçivəsində Portuqaliyanın Braqanza Politexnik Institutu ilə “Kimya mühəndisliyi” ixtisası magistratura səviyyəsində “ikili diplom” proqramı həyata keçirir.

   Həmin mübadilə proqramları vasitəsilə son 4 semestr ərzində xaricdə mübadilədə iştirak edən tələbə sayı ümumilikdə 30 nəfərdir.

   Universitetin qurulduğu qısa müddət ərzində 40-dan çox  universitet əməkdaşı müxtəlif layihə və proqramlar vasitəsilə xarici ali təhsil müəssisəsində tədris-təcrübə proqramının iştirakçısı olublar.

   Bütün bunlarla yanaşı, şöbəmiz Fulbrayt və UGRAD kimi ABŞ dövlət proqramı, İngiltərə hökumətinin dəstəklədiyi Chevening proqramlarına müraciət edən tələbə və müəllimlərimizi dəstəkləyir. Almaniyanın DAAD proqramı vasitəsi ilə ötən il “Maliyyə” kafedrasının müəllim və tələbələrindən ibarət qrup “Yay məktəbi” layihəsinin qalibi oldu. Universitetimizin Mühəndislik fakültəsinin əməkdaşı və proqram çərçivəsində doktorantura oxumaq hüququ əldə etdi.

   Universitet British Council`la sıx əməkdaşlıq əlaqələri saxlayır, bu əməkdaşlığın nəticəsi olaraq “Famelab” yarışına Azərbaycan üzrə ev sahibliyi edir.

 

 

            Günel Həsənova

 

 

 

 
 
 
 

©2019