Beynəlxalq Əlaqələr

Bakı Mühəndislik Universietində fəaliyyət göstərən Beynəlxalq Əlaqələr Ofisləri universitetlərin reyting və beynəlxalq əlaqələrinin inkişafı baxımından əhəmiyyət qazanmaqdadır. Qısa müddət ərzində təsis olunmasına baxmayaraq, Bakı Mühəndislik Universieti Beynəlxalq Əlaqələr Ofisi tələbə və müəllim mübadiləsi, müştərək tədqiqat layihələri, tədris planlarının təkmilləşdirilməsi istiqamətində bir sıra əməkdaşlıqlara imza atmışdır. Beynəlxalq Əlaqələr Ofisi təhsil prosesinin, keyfiyyətli idarəetmənin və universitetin idarəetmə strukturunun modernləşdirilməsi məqsədilə, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən qrant proqramları haqqında məlumatı universitetin digər struktur bölmələrinə yaymaqdadır. Beynəlxalq fəaliyyətin gücləndirilməsi qlobal akademik cəmiyyətə inteqrasiyanı sürətləndirəcəyinə inanırıq.

 

 


 
 
 

©2017