SƏNAYENİN TƏŞKİLİ VƏ İDARƏ OLUNMASI KAFEDRASI

    Sənaye mühəndisliyi ixtisası müxtəlif elmi üsullardan istifadə edərək tələbələri istehsal və xidmət sahələrində mövcud olan insan, zaman, sərmayə, xammal kimi resurslardan ibarət sistemlərin layihələndirilməsindən başlayaraq, onların qurulması, təkmilləşdirilməsi və istifadəyə verilməsinə qədər bütün proseslərlə bağlı biliklərlə təmin edir.

 Kafedranın fəaliyyət istiqamətləri

    Sənaye mühəndisliyinin əsas məqsədi bu ixtisas üzrə təhsil alan tələbələrin əməliyyatların tədqiqi, müəssisə planlaşdırılması, ümumi keyfiyyətə nəzarət, layihələrin idarə edilməsi və s. fənlər üzrə biliklər almasını təmin etməkdir. 

 Kafedranın akademik heyəti

    Ümumi olaraq bölmə 6 akademik personaldan ibarətdir. Bunlardan ikisi fəlsəfə doktoru, iki nəfəri baş müəllim, 4-ü müəllim və biri laborant kimi fəaliyyət göstərməkdədir.

No

Ad Soyad

Vəzifəsi

Dosent

Fəlsəfə doktoru

Magistr

Bakalavr

1

Pərviz Həsənov

kafedra müdiri

x

 

 

2

Pərviz Məmmədov

dekan müavini

x

x

x

 

3

Sevil İmanova

baş müəllim

 

 

x

 

4

Kamran Şiraliyev

müəllim

 

 

x

 

5

Etibar Hüseynli

müəllim

 

 

x

 

6

Məmməd Hüseynov

müəllim

 

 

x

 

7

Şahmar

laborant

 

 

x

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 Kafedranın xarici əlaqələri

      Kafedra heyəti mütəmadi olaraq Avropa birliyi layihələri çərçivəsində Avropanın tanınmış universitetləri ilə birgə layihələr həyata keçirir və eyni zamanda ixtisasartırma kurslarında iştirak etməkdədir. Kafedranın müəllimlərinə ixtisasları ilə əlaqədar kurslarda iştirak etmələri haqqında göstərişlər verilmişdir.

 Tələbələrin karyera və təcrübə məsələlərində kafedranın rolu

    Bakalavr və magistr tələbələrinin təcrübələri ixtisasa uyğun olan müəssisələrdə  təşkil olunmuş  və sonda tələbələrdən təcrübə hesabatları qaydalara uyğun olaraq qəbul edilmiş və protokollaşdırılmışdır.

     Tələbələr universitetdə öyrəndikləri bilik və bacarıqlarını universitet xaricindəki şirkət və dövlət qurumlarında tətbiq edə bilmələri üçün staj proqramlarını respublika daxilində və xaricindəki nüfuzlu şirkətlərdə yerinə yetirirlər. Belə şirkətlərə nümunə olaraq aşağıdakıları göstərə bilərik:

  • Azərsun Holding
  • Coca Cola
  • SOCAR
  • Azərkosmos ASC
  • Fab
  • Azərtexnolayn
  • Uyumsoft (Türkiyə)
  • Boydak (Türkiyə)
  • STP
  • A-Kond
  • Embawood

 Kafedranın maddi-texniki bazası (laboratoriyaları)

   Universitetin kitabxanasında Sənaye mühəndisliyi kafedrasında tədris olunan fənlər üzrə ixtisasla bağlı ümumilikdə 3580 ədəd müasir kitab və elmi jurnallar var.

  Kafedranın 15 fərdi kompüterdən ibarət laboratoriyası mövcuddur. Laboratoriyada əməliyyat sistemi tələb edən proqramlardan istifadə etmək üçün aşağıdakı kompüter proqramları var.

– MS Project

– CAD

– LİNGO

– MATLAB

– MS Office proqramları

  Tələbələr istədikləri vaxt laboratoriyadan istifadə etmək imkanına sahibdirlər. Laboratoriyanın proqram təminatının artırılması tövsiyə edilib.

 Kafedranın tələbələrə təqdim etdiyi istiqamətli elmi və sosial fəaliyyət

   Sənaye mühəndisliyi kafedrasının qarşıya qoyduğu əsas elmi-tədqiqat istiqaməti istehsalat və xidmət sahələrinin elmi-praktiki problemlərinin təyini, istehsal proseslərinin optimal idarə edilməsi, istehsal proseslərində keyfiyyətə nəzarət, informasiyanın emalı və idarə edilməsi, sistem analizi dizaynı və nəzarət problemlərinin işlənilməsidir.

 

 
 
 
 

©2019