İqtisadiyyat və idarəetmə fakültəsi

   İqtisadiyyat və idarəetmə fakültəsi Bakı Mühəndislik Universiteti fəaliyyətə başladığı dövrdən, 2016-cı ildən fəaliyyət göstərir. Hazırda fakültədə 7 bakalavr, 7 magistratura, 6 MBA və 2 doktorantura ixtisasları üzrə ümumilikdə 1827 nəfər tələbə təhsil alır. Bakalavr ixtisaslarımızda həm Azərbaycan, həm də İngilis dilində tədris aparılır.

   Fakültədə 81 nəfər professor-müəllim heyəti və 7 nəfər texniki-köməkçi heyət olmaqla, 88 əməkdaş çalışır. Fakültənin pedaqoji heyətinə öz sahələri üzrə respublikada tanınmış təcrübəli müəllimlərlə yanaşı, gənc, dinamik, ölkəmizdə və xaricdə müxtəlif səviyyələr üzrə təhsil almış və ya beynəlxalq təcrübə keçmiş kadrlar da daxildir.

   Fakültənin maddi-texniki bazası keyfiyyətli kadr hazırlığının həyata keçirilməsini təmin edir. Buraya texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalarla yanaşı aşağıdakı müasir tipli laboratoriyalar da daxildir: “Bank of baku” laboratoriyası və 2 informatika laboratoriyası.

   Ölkəmizdə müasir tələblərə cavab verən İqtisadiyyat və idarəetmə fakültəsindəki şəffaf mühit və təcrübəli kollektiv bu sahədə ixtisaslı kadrların yetişdirilməsinə imkan yaradır. Hər şeydən öncə isə iqtisadi təhsilin təşkili və idarəolunması sahəsində dəyərli təcrübə formalaşıb. BMU-da yaradılan mövcud şərait gənc iqtisadçıların hazırlanması prosesinin daha yüksək səviyyədə həyata keçirilməsinə imkan verir.

İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı

i.ü.f.d. Dosent,  Mayis Babulla oğlu Əzizov

Dekan müavinləri

Tədris işləri üzrə Dekan müavini: Dosent Xanlar Bəylər oğlu Heydərov

Tədris işləri üzrə Dekan müavini: i.ü.f.d. Elsevər Əlsoltan oğlu İbadov

Elmi işlər üzrə Dekan müavini: i.ü.f.d Fərid Arif oğlu Cəbiyev

KAFEDRALAR:

   Hazırda fakültədə “Biznesin idarə edilməsi”, “Dünya iqtisadiyyatı”, “Maliyyə”, “Mühasibat uçotu və audit”, “Dövlət və bələdiyyə idarəetməsi” və “Beynəlxalq Münasibətlər” kafedraları fəaliyyət göstərir.

   “Biznesin idarə edilməsi” kafedrasında 12 əməkdaş fəaliyyət göstərir. Onlardan 5-i dosent, 3-ü baş müəllim, 3-ü müəllim və 1-i laborant vəzifəsində çalışır. Kafedra müdiri dosent Nəsimi Kamalovdur.

   “Dünya iqtisadiyyatı” kafedrasında 9 əməkdaş fəaliyyət göstərir. Onlardan 2-si dosent,
5-i baş müəllim, 1-i müəllim və 1-i laborant vəzifəsində çalışır. Kafedra müdiri i.ü.f.d. Şəhriyar Muxtarovdur .

   “Maliyyə” kafedrasında 7 əməkdaş fəaliyyət göstərir. Onlardan 2-si dosent, 1-i i.ü.f.d., 2-si baş müəllim, 1-i müəllim və 1-i laborant vəzifəsində çalışır. Kafedra müdiri dosent Elvin Əlirzayevdir.

   “Mühasibat uçotu və audit” kafedrasında 10 əməkdaş fəaliyyət göstərir. Onlardan 2-si dosent, 2-si i.ü.f.d, 4-ü baş müəllim, 1-i müəllim və 1-i laborant vəzifəsində çalışır. Kafedra müdiri dosent Firudin Sultanovdur.

   “Dövlət və bələdiyyə idarəetməsi” kafedrasında 9 əməkdaş fəaliyyət göstərir. Onlardan 3-ü dosent, 5-i baş müəllim və 1-i laborant vəzifəsində çalışır. Kafedra müdiri dosent Ədalət İbadovdur.

   “Beynəlxalq Münasibətlər” kafedrasında 10 əməkdaş fəaliyyət göstərir. Onlardan 1-i dosent, 2-si s.ü.f.d., 1-i baş müəllim, 5-ü müəllim və 1-i laborant vəzifəsində çalışır. Kafedra müdiri dosent Samir Quliyevdir.

İXTİSASLAR:

   2016-cı ildən “Biznesin idarə edilməsi”, “Sənayenin təşkili və idarə olunması”, “Maliyyə”, “Mühasibat uçotu və audit”, “Dövlət və bələdiyyə idarəetməsi”, “Dünya iqtisadiyyatı” və “Beynəlxalq münasibətlər” ixtisaslarında Azərbaycan və ingilis dilləri üzrə bakalavr,

  “Biznesin təşkili və idarə edilməsi”, “İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi”, “Maliyyə menecmenti”, “İstehsal sferasında mühasibat uçotu və audit”, “Dövlət strukturlarında menecment”, “Beynəlxalq iqtisadi münasibətlər” və “Beynəlxalq münasibətlər və diplomatiya” ixtisasları üzrə magistr,

   “Biznesin təşkili və idarə edilməsi”, “İnsan resurslarının idarə edilməsi”, “Marketinq”, “Menecment”, “Maliyyə” və “Mühasibat uçotu və audit” ixtisaslarında Azərbaycan və İngilis dilləri üzrə MBA,

   “Müəssisələrin təşkili və idarə olunması” və “Sahə iqtisadiyyatı” ixtisasları üzrə doktorantura hazırlığı aparılır.

 
 
 
 

©2019