Mütəmadi verilən suallar

 

 

Kitabxanadan aldığım kitabın müddətini uzada bilərəmmi?

 

Abunəçilərimiz aldıqları kitabların müddətini verilən müddət başa çatmadan bir dəfə uzada bilərlər.

 

Məzun olduqdan sonra da kitabxanadan istifadə edə bilərəmmi?

 

Nəşrləri və elektron qaynaqları kitabxana içərisində istifadə edə bilərsiniz və surətini çıxara bilərsiniz, fəqət qaynaqları alıp apara bilməzsiniz.

 

Universitetdə yeni qeydiyyatdan keçdim. Kitabxanadan necə istifadə edə bilərəm?

 

Qafqaz Universitetinə yeni qeyd olan tələbələr tələbə biletləri ilə birlikdə kitabxanaya müraciət etdiklərində kitabxanadan istifadə edə bilərlər.

 

Elekton jurnallardan istifadə etmək istədikdə məndən niyə şifrə soruşur?

 

Kitabxanamızın abunə olduğu elektron jurnallar universitet daxilində şifrəsiz istifadə edilir. Əgər universitet daxilində bu elektron jurnallardan istifadə etdikdə sizdən şifrə tələb edirsə, internet və ya linklə əlaqəli bir problem vardır. Bu problemin həll olunması üçün Kitabxana işcilərinə məlumat verməyiniz xahiş olunur

 

Universitet xaricindən elektron jurnal və başqa materiallardan istifadə edə bilərəm?

 

Bəli. Elektron jurnallardan universitet daxilindən və  xaricindən   istifadə etmək mümkündür.

 

Başqa bir universitetin tələbəsiyəm. Sizdən kitab ala bilərəmmi?

 

Kitabxanamıza üzv olmaq şərtilə kitabxana xidmətlərindən istifadə edə bilərsiniz, ancaq kitab ala bilməzsiniz.

 

Axtardığım kitab yada jurnalın kitabxanada olub olmadığını necə öyrənə bilərəm?

 

Kitabxana kataloqundan kitabxanaya gələn kitab və jurnallara baxa bilərsiniz.

 

Mövzumla bağlı elektron jurnalı necə əldə edə bilərəm?

 

Kitabxananın web səhifəsindən “E-Jurnallar” menyusunu seçərək əldə edə bilərsiniz.

 

Elektronik qaynaqlardan istifadə edərkən köməyə ehtiyacım olduğunda kimdən kömək ala bilərəm?

 

Kitabxanamızdan elektronik qaynaqlardan istifadə etmək üçün təlimat ala bilər və ya kitabxanaçılardan kömək istəyə bilərsiniz.

 
 
 

©2018