İngilis dili və ədəbiyyatı kafedrası
Kafedranın sayta yerləşdiriləcək məlumatlar
Kafedranın (İxtisasın) aktuallığının əsaslandırılması
İngilis dili və ədəbiyyatı kafedrası öz yüksək kvalifikasiyalı professor-müəllim heyəti ilə İngilis dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə bakalavr pilləsində müəllim hazırlığı ilə məşğuldur. Eyni zamanda “Ədəbiyyatşünaslıq (Böyük Britaniya və ABŞ ədəbiyyatı)” ixtisası üzrə magistrant, “Dünya ədəbiyyatı” ixtisası üzrə doktorant və dissertant hazırlığını həyata keçirir.
Kafedranın məqsədi
Son dövrlərdə ölkəmizdə çoxlu sayda ingiliscə təhsil verən liseylər, məktəblər, məktəbəqədər təhsil müəssisələri fəaliyyətə başlamışdır. Bütün bu tip məktəb və bağçalara ingilis dilində tədris apara bilən müəllimlər lazımdır. Bu tipli müəssisələr tərəfindən tez-tez ingilisdilli müəllim ehtiyacı dilə gətirilir. Belə müəssisələrə xaricdən kadr cəlb etmək həm böyük xərc tələb edir, həm də o yaşdakı uşaqlara milli duyğuların aşılanmasında problem yaradır. Odur ki, ingilisdilli yerli müəllim kadrlarının hazırlanması bu mənada çox vacibdir. Kafedramızın da əsas məqsədi müasir dünyagörüşlü, vətənini və millətini sevən və sevdirən, ölkəmizin gələcəyi olan gənc nəslə yararlı, yüksək səviyyəli ixtisasslı kadrlar hazırlamaqdır.
Kafedranın fəaliyyət istiqamətləri
İngilis dili və ədəbiyyatı kafedrası əsasən dünya ədəbiyyatı və müasir dilçiliyin
problemlərini araşdırır. Bu sahədə kafedrada bir sıra fəaliyyət istiqamətləri mövcuddur. Belə
ki, Azərbaycan ədəbiyyatının dünya ədədiyyatında yeri, İngilis dilinin tədrisinin mövcud
vəziyyətini araşdırmaq və ingilis dilinin tədrisi forumunu təşkil etmək, ədəbi
avtobioqrafiyaların tipologiyası və nəzəriyyəsi, dilin tədrisi problemlərini öyrənmək
kafedramızın əsas fəaliyyət istiqamətləridir.
Kafedranın akademik heyəti
Kafedrada 1 professor, 3 doesnt, 1 filologiya üzrə fəlsəfə doktoru, 1 baş müəllim, 3
müəllim,1 laborant elmi işlərini müvəffəqiyyətlə davam etdirirlər. Onlardan kafedra
müdiri dos. Heydər Eminli “Azərbaycan dilinin xarici dil kimi tədrisi, morfologiya və
sintaksis üzrə laboratoriya işi (Azərbaycan və ingilis dili materialları əsasında)”, həmçinin “xaricdə təhsil və təhsil sonrakı fəaliyyətlə” dos. Ziyafət Hüseynova “Azərbaycan və Britaniya xalqlarının əsatir dünyası”, dos.Venera Süleymanova “İnkarlıq kateqoriyası və privativlik”, müəllim Nargilə Məmmədova “ İngilis və Azərbaycan ədəbiyyatında etik görüşlər (Beovulf və Kitabi Dədə Qorqud epik dastanları əsasında)” adlı dərs vəsaitlərini, laborant Turanə Abdullayeva Oxford Universitetinin təşkilatçılığı ilə EFAP layihəsi çərçivəsində hazırladığı (Şəfiqə Axundova) adlı məqaləsini çapa hazırlayırlar.
Kafedranın xarici əlaqələri
İngilis dili və ədəbiyyatı kafedrasının professor-müəllim heyətinin qazandığı beynəlxalq
təcrübələr İngilis dili və ədəbiyyatı müəllimliyi ixtisasında kadr hazırlığına böyük töhvə verir.
Kafedra əməkdaşları “Erasmus”, “Chevening”, “Fulbright”, “JFDP” və s. elmi-akademik mübadilə proqramları çərçivəsində dünyanın aparıcı universitetlərində və tədqiqat institutlarında təlim və tədqiqat proqramlarında iştirak edərək öz ixtisaslarında peşəkar təcrübə əldə etmişlər. Kafedranın rəhbəri, dos. Heydər Eminli Böyük Britaniya hökümətinin “Chevening” qrantını əldə edərək 2015-2016-cı ildə Birminhem Universitetində “Təhsildə Beynəlxalq Araşdırmalar” üzrə Magistr dərəcəsini almışdır. Dos. Heydər Eminli 2015-ci ildə “Erasmus Mundus –Alrakis II” layihəsi çərçivəsində Hollandiaynın Qroningen Universitetində elmi-akademik fəaliyyətdə olmuş, 2012-2013-cü illərdə isə ABŞ-ın Kanzas Universitetində “JFDP” layihəsi çərçivəsində akademik təcrübədə olmuşdur. Kafedramızın dos. Venera Süleymanova Avropa Birliyinin
Erasmus Mundus K+ layihəsi çərçivəsində 2016-cı ilin sentyabr ayında Rumıniyanın Babeş-
Bolyai Universitetində akademik mübadilə proqramında, Avropa Komissiyasının Erasmus
Mundus K+ layihəsi çərçivəsində 2017-cı ilin Aprel ayında Slovenyanın Lyublyana
Universitetində akademik mübadilə proqramında iştirak etmiş. Hal-hazırda ABŞ Dövlət Departamenti tərəfindən təşkil edilmiş fulbright təqaüd proqramı çərçivəsində Maryland Universitetində tədqiqat aparmaqdadır. Kafedranın baş müəllimi fil.ü.f.d. Şəfəq Dadaşova 2016-2017-ci ildə İngiltərənin Oksford Universitetində Mühacir yazıçıların avtobioqrafik əsərlərində özünü- identifikasiya mövzusunda tədqiqatını uğurla başa vurmuşdur.
Kafedranın tələbələrin karyera və təcrübə məsələlərində rolu
Professor-müəllim heyətinin öz beynəlxalq təcrübələrini gələcəyin müəllimi olacaq tələbələrlə paylaşması onları belə mübadilə proqramlarında iştirak etməyə təşviq edir. 2015/2016-cı tədris ilinin II semestrində kafedranın bakalvr tələbələrindən 2 nəfər Rumıniyanın, 3 nəfər Türkiyənin universitetlərində tələbə mübadiləsi çərçivəsində təhsil almışlar. Onu da qeyd edək ki, hal-hazırda məzunlarımızın işlədiyi müəssisələrin içərisində dövlət orta məktəbləri ilə yanaşı, Avropa Azərbaycan Məktəbi, SOCAR-ın Azərbaycan Britaniya Kolleci, Oxford İnternational School, İstək liseyləri, XXI əsr liseyi, Kaspi liseyi və s. kimi ingilis dilində tədris verən məktəblər də var.
Kafedranın maddi-texniki bazası (laborotoriyaları)
Kafedra tədris prosesinin yüksək səviyyədə aparılması məqsədi ilə müasir avadanlıqlarla təchiz edilmiş 6 auditoriya otağına, ədəbiyyatla zəngin kitabxanaya malikdir.
8.Kafedranın tələbələrə istiqamətli elmi və sosial fəaliyyəti.
Kafedrada bakalavr və magistr tələbələrinin Tələbə Elmi Cəmiyyəti xətti ilə elmi-tədqiqat işinə cəlb olunmasına xüsusi diqqət yetirilir. Kafedra iclasının xüsusi qərarı ilə müəllim-kurator dos. Venera Suleymanova, tələbə-kurator Lətifə Bayramova təyin olunmuşdur.Əvvəlki illərdə əldə olunmuş naliyyətlərə görə universitet rəhbərliyi tərəfindən kafedranın bakalavr tələbələri Milana Seyidzadə Pedaqoji fakultəsi üzrə tələbə-kurator və Lətifə Bayramova universitet üzrə tələbə-kurator təyin edilmişdir.
Qeyd edək ki, 2015/2016-cı tədris ilinin birinci yarsında Tələbə Elmi Cəmiyyəti xətti üzrə kafedranı təmsil edən bakalavr tələbələri respublika üzrə universitetlərarası keçirilən elm sərgisində birinci yerə layiq görülmüşdür. Bu səbəbdən kafedra Elmi işlər üzrə prorektorluq tərəfindən “Təşəkkürnamə” ilə təltif olunmuşdur.
Dil və ədəbiyyatı (İngilis dili və ədəbiyyatı) kafedrası hazırkı ilin sonu və növbəti il (2017) üçün tələbələrə faydalı biliklər vermək və digər universitetlərdən dəvət olunacaq müəllim və tələbə heyəti ilə elmi proqramlar aparmaq məqsədini qarşıya qoymuşdur. Bununla yanaşı növbəti konfrans və seminarlara tezis və məqalələrin yazılması planlaşdırılır.
Kafedranın magistartura tələbələrini elmi tədqiqat işinə həvəsləndirmək üçün Gənc Tədqiqatçıların Elmi Beynəlxalq Konfransında aktiv iştirakını təmin etmək nəzərdə tutulur.