BMU-da sosial-məişət şəraiti və yataqxanalar 

 

      Universitetdə tələbələrin yataqxana ilə təminatı ən müasir tələblərə cavab verir. Oğlan və qız tələbələri üçün 300 yerlik iki böyük yataqxana fəaliyyət göstərir. Yataqxanadakı 75 otağın hər biri 4 nəfərlikdir. Bütün mərtəbələr istirahət guşəsi və dərs çalışma otaqları ilə təmin olunub. Binalarda zəngin kitabxana, akt və fitnes zalları, iaşə və məişət xidməti fəaliyyət göstərir. Hər iki binada bufet və gündə 3 dəfə zəngin çeşitli qidalarla tələbələrə xidmət edən yeməkxanalar  mövcuddur. 

    Yataqxanalarda camaşırxana və dərzi otaqları fəaliyyət göstərir. Ümumi işlək yerlər və tələbə otaqları hər gün təmizlik işçiləri tərəfindən təmizlənir. Eyni zamanda otaqlarda və koridorlarda yanğından müdafiə qurğuları və yanğın xəbər verici sistemləri yerləşdirilib. Yataqxanada 1 kitabxana və 4 oxu zalı tələbələrin istifadəsinə verilib, həmçinin tədbirlər  və seminarlar  keçirmək üçün 120 nəfərlik akt zalı mövcuddur.

    Tələbələrin fiziki aktivliyini artırmaq üçün yataqxanada yerləşən müasir  avadanlıqlarla təchiz olunmuş idman zallarıı, stolüstü tennis zalı və şəhərcik daxilində yerləşən basketbol, valeybol və süni ot örtüklü stadionlar var.

  Yataqxana su, elektrik, istilik və rabitə xətləri ilə təmin edilib və fərdi qazanxanası var. Kompleksin ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün hərtərəfli imkan yaradılıb.

 

 

 
 
 
 

©2019