Yataqxana haqqında  ümumi məlumat

 

 Yataqxana tələbələrinin akademik və sosyal tərəflərinin inkişafını təmin etmək məqsədilə oxu zalları, kitabxana, peyk antenaları ilə dünya kanallarını izləmək imkanı, istirahət otaqları, bufet , idman kompleksi , internet salonu və camaşırxana tələbələrin xidmətinə verilmişdir.Bunlardan başqa  vizual  fəaliyyətlərin edilə bildiyi və xüsusilə xarici dil təhsilinin inkişaf etdirilməsinə kömək məqsədilə sinevizyon salonları  mövcuddur.

Tələbələrimizin həyat keyfiyyətlərini yüksəltməyi qarşısına məqsəd qoyan Yataqxana Müdirriyyəti 7 gün 24 saat fasiləsiz xidmət etməkdədir. Yataqxana idarəçiləri imkanlar daxilində tələbələrimizin yataqxana həyatına  uyğunlaşmasını təmin etmək və problemlərinin həlli üçün onlara lazım olan dəstəklərini  və məsləhətlərini əsirgəmirlər

Yataqxana tələbələri ücün müxtəlif  ceşidli programlar və məmnuniyyət ölçən anketlər keçirilir. Asudə vaxtlarını daha mənalı və faydalı keçirtmələri üçün tələbələrlə birlikdə müxtəlif gəzintilər, idman və mədəniyyət proqramları təşkil olunur.

Xusisi ilə xarici ölkələrdən gələn tələbələrimizin Azərbaycan mədəniyyətini , adət və ənənələrini yaxından tanımaq ücün müxtəlif tarixi yerlərə  ekskursiyalar təşkil olunur.

 

Turnirlər

Yataqxana tələbələri arasında futbol,tenis,voleybol,şahmat,dama kimi müxtəlif idman yarışları təşkil olunur.Tələbələrimizin intelektual səviyyələrinin inkişaf eməsi üçün bilik yarışları da keçirilir.

 

Xidmət və imkanlar

 

Sağlamlıq xidmətləri

  • 24 saat tibbi xidmət
  • Sağlamlıq mövzularında məsləhətlər
  • Sarğı (yanıq, kəsik, əzilmə və s. kimi)
  • Qan təzyiqi və bədən temperaturunun ölçülməsi
  • Oral dərman qəbulu
  • Qoruyucu sağlamlıq xidmətləri

 

Yemək

Yataqxanadakı tələbələrimizə özəl bir  yemək firması tərəfindən səhər və  axşam yeməyi verilir.

 

Bufet

Bufet hər gün 09:00 - 24:00 saatları arasında tələbələrə və universitet personalına xidmət edir

Mühafizə  

  Şəhərcikdə müəyyən nöqtələrə yerləşdirilən kameralarla, şəhərcik ərazisinin 24 saat muhafizəsi təmin edilməkdədir. Şəhərcik ərazisində asayişi pozan bütün hadisələrə müdaxilə edilir, protokol tərtib edilərək əlaqədar orqanlara göndərilir.

Şəhərciyin giriş və çıxışlarında fərdi və vasitəli yoxlama yerləri mövcuddur. Tələbələrimiz, şəhərcik girişlərindəki turnikələrdən tələbə biletləri ilə keçərək şəhərciyə daxil olurlar.Tələbə bileti olmayanlara şəhərciyə daxil olmağa icazə verilmir.

Təmizlik

Yataqxanamızda istifadə edilən umumi yerlər təmizlik işçiləri tərəfindən nizamlı olaraq hər gün təmizlənməkdədir. Təmizlik işçilərinə Yurd Müdirliyi nəzarət edir və istiqamətləndirir.

Təmizlik zamanı gigeyenik qaydalara maksimum diqqət göstərilməkdə, bu məqsədlə dəyişik səthlər və sahələrdə fərqli vəsaitlər və kimyəvi təmizləyicilər istifadə edilir. Bu kimyəvi təmizləyicilərin seçilməsində allergiyaya  səbəb ola bilməyəcək maddələrə xüsusi diqqət göstərilir.

Yataqxana qaydalarına əsasən yataq otaqlarının təmizliyinə tələbələr şəxsən cavabdehdilər.

 

İstilik sistemi

 Yataqxanamızda 24 saat fasiləsiz isti su mövcuddur.Soyuq havalarda binamiz mərkəzi  istilik sistemiylə qızdırılır.

 

Camaşırxana

 

Camaşırxanada paltaryuyan və qurutma maşınları mövcuddur.Eyni zamanda tələbələrə dərzi və ütü xidmətləri də verilir.

 

İstirahət yerləri 

Yataqxana  içərisində tələbələrin istirahəti üçün yumşaq mebel dəstlərindən ibarət olan otaqlar, TV  və internet əlaqəsi olan  salonlar mövcuddur. Tələbələrimizin qonaqları yataqxanada ən gec  saat 23:00 qədər qala bilərlər

 

İçmə suyu

Yataqxanamizda su filterləri olan böyuk bir  içmə su depomuz var.Tələbələrimiz bu imkandan pulsuz istifadə edirlər.

 

Konfrans və seminarlar

 Yataqxana tələbələri üçün müxtəlif mövzularda(oxumağın əhəmiyyəti ,zaman tənzimi və s.) konfrans və seminarlar verilir.

 

Kitabxana

 Şəhərcikdə  zəngin və aktual kitab kolleksiyalarına sahib kitabxanamız tələbələrə xidmət edir

 

Gəzinti

Yataqxanada qalan tələbələr   bölgələrimizi gəzib oraların tarixi və mədəniyyəti ilə yaxından taniş olur.

 
 
 
 

©2017