Baki Mühəndislik Universitetini Doktorantura şöbəsi   

Azərbaycan Respublikasında yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi olan doktorantura yolu ilə həyata keçirilir və müvafiq elmi dərəcələrin (elm sahələri göstəril-məklə, fəlsəfə doktoru və elmlər doktoru) verilməsi ilə başa çatır.


Doktoranturada təhsil fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə aparılır.

Doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalar üzrə həyata keçirilir.

Doktorantura təhsilini həyata keçirən ali təhsil müəssisələri və elmi təşkilatlar elmi və elmi-pedaqoji kadr hazırlığını dissertantlıq (dissertantura) yolu ilə də reallaşdırır. 

Doktoranturada təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir.
Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir.
Fəaliyyət göstərdiyi dövrdə aspirantura şöbəsi regiondaki digər ali məktəblər və elmi-tədqiqat institutları üçün də elmi dərəcəli mütəxəssislərin hazırlanmasına yaxından köməklik göstərmişdir.