Universitetin rəqs özfəaliyyəti kollektivi 2002-ci ildə Xalq Artisti Yusif Qasımov  tərəfindən qurulub. Kollektivin repertuarında azərbaycan, qazax, türk, özbək və digər türkdilli xalqların milli rəqsləri ilə yanaşı avropa rəqsləri də geniş yer alıb.Rəqs özfəaliyyəti kollektivi universitetdə əlamətdar tarixi günlər və hadisələrlə bağlı təşkil olunan bədii proqramlarda, şənliklərində, respublikanın həyatında baş verən mühüm hadisələrlə əlaqədar keçirilən tədbirlərdə çıxış edir, müxtəlif yönlü müsabiqə və festivallarda universiteti layiqincə təmsil edir.

 Universitetin rəqs özfəaliyyəti kollektivi qızlardan və oğlanlardan ibarət ayrılıqda və kollektiv rəqslər hazırlayır. Qızlardan ibarət rəqs kollektivinin bədii rəhbəri Səbinə İsmayılovanın quruluşu əsasında hazırlanan «Azərbaycan», “Nəlbəki”, “Naz eləmə” , “Şalı-şalı”, “Qavalla rəqs”, “Sudan gələn sürməli qız” və s bu kimi azərbaycan və milli xalqrəqslərindən ibarət “Popuri” özünün lirikliyi, zərifliyi, incəliyi ilə seçilirlər. Oğlanlardan ibarət rəqs kollektivinin bədii rəhbəri Elçin Allahverdiyevin quruluşu əsasında hazırlanan “Şəki”, “Qazağı”, “İgidlər”  və “Qaytağı”, kimi xalq rəqslərinə coşğun hisslər, cəld ritm, güc və temperament xasdır.  

Hər iki qrupun ifasında təqdim olunan “Yallı”, “Azərbaycan suitası” kimi milli musiqimizi, adət-ənənəmizi, folklorumuzu əks etdirən kollektiv ifa olunan  lirik rəqslər dünyada yerini tutmuş ən zəngin rəqslərdi.

Hər il rəqs özfəaliyyətikollektivinin yaradıcı uğurları daha da artır.  Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının respublikada keçirdiyi “Tələbə baharı” yaradıcılıq festivalının hər il iştirakçısı olaraq  “Milli rəqslər” və “Xarici rəqslər”nominasiyası üzrə qalib olmuşdur. 

 
 
 

©2018