Mədəniyyət şöbəsinin nəzdində fəaliyyət göstərən ebru və dizayn sənəti kurslarının məqsədi incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gənclərin üzə çıxarılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir.

Ebru sənəti kağız bəzəmə sənətlərimizin ən qədim növüdür. Tarixi mənbələrə əsasən çox qədim olan bu sənət növü  IX əsrdə Orta Asyada yaranmış, tarixi İpək Yolu vasitəsilə Azərbaycandan keçərək Avropaya, Yaponiyaya qədər yayılmışdır. Ebru ustaları bu sənəti inkişaf etdirərək o zamanlardan  bu günkü müasir dövrə gətirə bilmişlər. Ənənəvi əl sənətlərimizdən biri olan ebru sənətinin yaddaşlardan silinməməsi, nəsildən- nəsilə keçməsi üçün təşkil olunan sənət kurslarında tələbələr bu sənətin incəliklərini öyrənirlər.Ebru sənəti ilə baglı slaytlar, hekayəli videolar göstərilərək bu sənət tələbə gənclərə aşılanır.Geniş dünya görüşünə və sənət bacarıqlarına yiyələnən tələbələr daha gözəl əsərlər yaratmağa təşəbbüs göstərir.

Gündəlik əşyaların dizaynından şəhərin planlaşdırılmasına qədər uzanan, insanların yaşadığı ətrafa uyğunlaşmasını hədəfləyən elm sahəsinin incəliklərini aşılayan dizayn kurslarında isə tələbələrə rəng, ton və kompozisiya bacarıqları öyrədilir.Dizayn sənəti müasir dövrdə memarlıq, interyer dizaynı, tekstil və s.  sahələrdə daha çox istifadə edilir. Dizayn sənəti kursunda bu sahə ilə əlagədar məlumatlar verilir, video slaytlarla tələbələrin dizayn sənətinin incəliklərinə yiyələnməsinə səy göstərilir.  Tələbələrin hazırladığı sənət əsərləri foye və vestübülləri bəzəyir, hər il təşkil olunan ənənəvi   tədbirləldə sərgilənir.

 
 
 

©2018