Bakı Mühəndislik Universiteti

Kompüter və informasiya texnologiyaları kafedrası

 

Kafedranın (İxtisasın) aktuallığının əsaslandırılması

 Bakı Mühəndislik Universiteti “kompüter və informasiya texnologiyaları” kafedrası kompüter və informasiya texnologiyalarının insana və cəmiyyətə böyük təsiri olduğu dövrümüzdə, ən son texnologiyalara yiyələnən, özünü inkişaf etdirən, tədris və tədqiqatları ilə cəmiyyəti daim yüksək səviyyələrə qaldıran və xüsusiylə mənəvi və etik dəyərlərə bağlı olan kompüter mühəndisləri və İT mütəxəssisləri yetişdirir. “Kompüter və informasiya texnologiyaları” kafedrasında mövcut olan kompüter mühəndisliyi və informasiya texnologiyaları ixtisası tələbələrə özlərini kompüter elmləri, proqram təminatı və texniki vasitələr sahələrində inkişaf etdirmələri üçün bənzərsiz imkanlar verir. Kafedranın əməkdaşları bir sıra beynəlxalq qurumların üzvü (İEEE, ACM) olmaqla yanaşı bir neçə beynəlxalq səviyyəli konfransların və seminarların təşkili ilə də seçilməkdədir. Kafedranın nəznində bakalavr, magistratura və doktorantura səviyyələrində proqramları mövcuddur.

Kafedranın nəzdində biri Apple laboratoriyası olmaqla 5 kompüter laboratoriyası mövcuddur. 150-yə yaxın kompüter informasiya-hsablama mərkəzi vasitəsilə lokal şəbəkəyə (LAN) və internetə qoşulmuşdur. Bundan başqa lazımi avadanlıqlarla təchiz edilmiş bir elektronika laboratoriyası mövcuddur.

Kafedranın nəzdində qurulmuş Cisco laboratoriyası Azərbaycanda mövcud olan məhdud saydakı lokal şəbəkələrdən biridir. Tələbələr şirkətin imtahanlarından keçərək endirimlərlə CCNA sertifikatı alma imkanı əldə edirlər. Laboratoriyada 6 router, 3 switch və 17 kompüter mövcuddur.

Kafedramızı fərqli edən bir digər xüsusiyyət də, fəaliyyət göstərən elmi tədqiqat laboratoriyasıdır.   Hal-hazırda laboratoriya robotexnika, proqramlaşdırma və İT idarəetmə sahələrini əhatə edən seminarlar, kurslar, sərgilər, yarışlar, mühəndislik günləri təşkil etməkdə, yerli və beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində ortaq layihələr həyata keçirməktədir.

Bu imkanlarla kafedramız bir çox nailiyyətlərə imza atmışdır. Kafedranın tələbələri həmin kafedranın qabaqcıl müəllimlərin rəhbərliyi ilə Respublikamızda keçirilən “İnformatika və Proqramlaşdırma” və Beynəlxalq proqramlaşdırma müsabiqələrində mütəmadi olaraq iştirak edirlər. Tələbələr bu müsabiqələrdə dəfələrlə 1-ci, 2-ci, 3-cü yerlərə layiq görülmüş və ümumilikdə çox sayda diplom və medallar qazanmış, xüsusi fərqlənmə sertifikatları ilə təltif edilmişlər. Universitetimiz Respublikamızda keçirilən bir çox “İnformatika və Proqramlaşdırma” olimpiadalarının keçirilməsinə ev sahibliyi etməkdədir.

“Kompüter və informasiya texnologiyaları” kafedrası tələbələrin dünyagörüşünü genişləndirmək, onların şəxsiyyət kimi formalaşmasını təmin etmək məqsədi ilə müxtəlif məzmunlu görüşlər, ekskursiyalar, müzakirələr və seminarlar keçirir. Kompüter sahəsində ölkəmizdə və dünyada tanınmış insanları universitetə dəvət edir və tələbələrin iş dünyası ilə əlaqəsini canlı tutmasına, yeniliklərdən və müasir tələblərdən daim xəbərdar olmasına şərait yaradır. Bölmənin tələbələri universitetdə fəaliyyət göstərən müxtəlif tələbə dərnəklərində, teatr və digər bədii özfəaliyyət işlərində, maraqlarına və qabiliyyətlərinə görə iştirak edirlər. 

 Kafedranın məqsədi

 Tələbələri ixtisas sahələrini müvəffəqiyyətlə təqib etməyə, İKT və yaxın sahələrdə həyat boyu öyrənməyə hazırlamaq.

Tələbələrdə professionallıq, professional mədəniyyət və professional lisenziya / sertifikatların alınmasına həvəsləndirmək və ixtisas sahəsində fəal iştirakçı olma hissi qazandırmaq.

Tələbələri fundamental bilik və bacarıqlarını ictimai, iqtisadi, ekoloji və etik münasibətlər kimi həqiqi-dünya problemlərinin həll edilməsinə tətbiq etməklə dəyişən qlobal mühiti dəyişdirə biləcək yaradıcılığa, tam və uyğun professional fəaliyyətə hazırlamaq.

Məzun tələbələrdən gözlənilən nəticələr:

Mühəndislik problemlərini təyin etmə, formalaşdırma və həll etmə bacarığı.

Professional və etik məsuliyyəti dərk etmə bacarığı.

Müəssisənin avtomatlaşdırılmış infrastrukturunu analiz etmə, layihələndirmə və inkişaf etdirmə bacarığı.

Proqram təminatı texnologiyalarında, proqram təminatı sistemlərinin etibarlı və səmərəli hazırlanmasında cari model və texnikaların geniş müxtəlifliyi ilə işləmə bacarığı.

Müxtəlif səviyyəli qruplarla işləmə bacarığı

Mühəndislik tapşırıqlarını sərbəst yerinə yetirmə bacarığı

İKT sahəsində həqiqi dünya problemlərini həll etmək üçün tələb olunan sənayeyə mühəndislik texnikası, bilikləri və vasitələri ilə daxil ola bilmə bacarığı.

  Kafedranın fəaliyyət istiqamətləri

Kafedranın fəaliyyət istiqamətlərinə tədris, elmi tədqiqat daxildir.

 Kafedranın xarici əlaqələri

Tələbələrimiz Erasmus+ proqramı ilə birçox xarici ölkələrdə təhsillərinin bir hissəsini yerinə yetirilər

    Kafedranın tələbələrin karyera və təcrübə məsələlərində rolu

Tələbələrimizin ixtisas təcrübələrini təmin etmək məqsədiylə birçox özəl və dövlət təşkilatları ilə əlaqə saxlanılır və onların təcrübə qazanmaq imkanları təmin edilir.

      Kafedranın maddi-texniki bazası (laboratoriyaları)

Kafedranın nəznində biri Apple laboratoriyası olmaqla 5 kompüter laboratoriyası mövcuddur. 150-yə yaxın kompüter informasiya-hsablama mərkəzi vasitəsilə lokal şəbəkəyə (LAN) və internetə qoşulmuşdur. Bundan başqa lazımi avadanlıqlarla təchiz edilmiş bir elektronika laboratoriyası mövcutdur.

Kafedranın nəzdində qurulmuş Cisco laboratoriyası Azərbaycanda mövcud olan məhdud saydakı lokal şəbəkələrdən biridir. Tələbələr şirkətin imtahanlarından keçərək endirimlərlə CCNA sertifikatı alma imkanı əldə edirlər. Laboratoriyada 6 router, 3 switch və 17 kompüter mövcuddur.

Kafedramızı fərqli edən bir digər xüsusiyyət də, fəaliyyət göstərən elmi tədqiqat laboratoriyasıdır. Hal-hazırda laboratoriya robotexnika, proqramlaşdırma və İT idarəetmə sahələrini əhatə seminarlar, kurslar, sərgilər, yarışlar, mühəndislik günləri təşkil etməkdə, yerli və beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində ortaq layihələr həyata keçirməktədir.

  Kafedranın tələbələrə istiqamətli elmi və sosial fəaliyyəti

Kafedrada fəaliyyət göstələn İKT elmi tədqiqat laboratoriyasında peşəkar müəllimlərimizin rəhbərliyi ilə tələbələrdən təşkil edilmiş komandalar robotexnika, elektronika, proqram təminatı vs sahələrdə müxtəlif layihələr həyata keçirirlər. Buradakı fəaliyyətlərimizi sərgiləmək üçün layihələrimiz müxtəlif sərgilərdə göstərilir. 

Bundan başqa tələbələrimiz müxtəlif sosial klublara üzvdürlər və universitetimizin sosial ictimai tədbirlərində yaxından iştirak edirlər.

 

 
 
 

©2018