Universitetin musiqi özfəaliyyəti dərnəyinin tərkibində müsiqi incəsənətinin müxtəlif janrları üzrə özfəaliyyət qrupları: xor,solo ifaçılıq,rok-musiqisi və s fəaliyyət göstərir.

Xor özfəaliyyəti  qrupu  2001-ci ildə mərhum Vidadi Camal tərəfindən qurulub. Musiqiduyma qabiliyyəti, səs, ümumi ifa və solo imkanlarına və bacarıqlarına malik olan tələbələrdən təşkil olunan xor kollektivi gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi və onların bədii-estetik səviyyəsinin yüksəlməsinə yaxından kömək göstərir.

Xorözfəaliyyətikollektivinin repertuarında Azərbaycan bəstəkarlarının əsərləri və Azərbaycan xalq mahnıları, o cümlədən müxtəlif dillərdə müxtəlif xalqların mahnıları  əsas yer tutur. Kollektiv və solo ifaçıların çıxışlarında folklorumuzdan, klassiklərdən, müasir şair və bəstəkarların əsərlərindən istifadə etməklə yanaşı, doğma vətənimizə məhəbbət, torpaqlarımızın azadlığını və bütövlüyünü tərənnüm edən əsərlərə geniş yer verilir.Xor kollektivinin bədii rəhbəri Raya İbrahimova ümumdünya xor ifaçılığı ənənələrini qorumaqla yanaşı tək və solo ifalara da xüsusi yer ayırır. 

Xor özfəaliyyəti kollektivi dəfələrlə festival, müsabiqələrin iştirakçısı olmuş, fəxri fərman və diplomlarla təltif edilmişdir.Xüsusilə son illərdə xor və solo ifaçılığında böyük uğurlara çatmışdır. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının Respublikada keçirdiyi “Tələbə baharı” Ümumrespublika yaradıcılıq festivalının  “ Pop musiqisi”, “Klassik musiqi”, “Estrada musiqisi”, “Vokal janrı”,“Xalq mahnıları”nın  nominasiyaları üzrə müxtəlf yerlərə layiq görülmüşdür.

 
 
 

©2018