BAKI MÜHƏNDİSLİK UNİVERSİTETİ PEDAQOJİ FAKULTƏSİ KİMYA KAFEDRASI HAQQINDA MƏLUMAT

 

Kafedranın (İxtisasın) aktuallığının əsaslandırılması

Kafedra, Kimya müəllimliyi istiqaməti üzrə ingilis dilində bakalavr və magistr təhsili imkanları təqdim edir. Təhsilin birinci ilində bakalavrlar üçün bir il intensiv şəkildə ingilis dili tədris olunur.

Məzunlarımız öz peşə fəaliyyətlərini ümumtəhsil, xüsusi təmayüllü təhsil müəssisələrində, ali məktəblərdə həyata keçirməklə yanaşı, peşə və ixtisas dərəcəsinə uyğun olaraq digər təşkilatlarda da işləyə bilərlər.

Son illər ölkəmizdə ABŞ və bir sıra qabaqcıl Avropa ölkələrində tədris olunan Beynəlxalq Bakalaviatura (IB-International Baccalaureate) və Beynəlxalq Ümumi Orta Təhsil Sertifikatı (IGSE - International General Certificate of Secondary Education) proqramı çərçivəsində tədrisi aparan ümumtəhsil məktəblərinin və liseylərin (kolleclərin) sayı gün keçdikcə artır. Həmin məktəblərə müasir standartlara cavab verən, kimyanı ingilis dilində tədris edən savadlı, vətənsevər müəllimlərə ehtiyac var. Bu ehtiyacı da Bakı Müəhəndislik Universiteti Pedaqoji fakultəsi Kimya müəllimliyi ixtisasının məzunları qarşıladığı üçün ixtisasının nə qədər əhəmiyyətli olduğu müşahidə olunur. 

 

Kafedranın məqsədi

Kafedranın əsas məqsədi yüksək səviyyəli, güclü ixtisas və pedaqoji biliklərə malik, özünəinamlı, elmi-tədqiqat işləri aparan və bunlardan fəaliyyətində yaradıcılıqla istifadə edən, milli və ümumbəşəri dəyərləri özündə birləşdirən beynəlxalq səviyyəli müəllimlər yetişdirməkdir. Kimya müəllimliyi ixtisasını müvəffəqiyyətlə bitirən tələbələr bakalavr ixtisas dərəcəsinə yiyələnir və aldığı yüksək təhsil sayəsində istəyinə uyğun olaraq ya birbaşa peşə fəaliyyətinə başlamaq, ya da mövcud qəbul qaydalarına əsasən təhsilini magistratura pilləsində davam etdirmək imkanına malik olur.

 

Kafedranın fəaliyyət istiqamətləri

 

Kimya kafedrası 2016-2017-ci tədris ili, fevralın 15-də Bakı Mühəndislik Universitetinin Pedaqoji fakültəsinin nəzdində fəaliyyətə başlamışdır. Bakı Mühəndislik Universitetinin Pedaqoji fakültəsinin Kimya kafedrası kimya müəllimliyi, kimya-biologiya müəllimliyi ixtisası üzrə bakalavr, üzvi kimya ixtisası üzrə magistr hazırlamaqdadır. Kimya kafedrasına hal-hazırda k.ü.f.d. Elmar İmanov rəhbərlik edir.

Kafedranın akademik heyəti

Kimya kafedrasında 7 tamştatlı və 2 yarımştat olmaqla ümumi 9 əməkdaş fəaliyyət göstərir.

-          k.ü.f.d. İmanov Elmar Vaqif oğlu (Kafedra müdiri)

-          k.ü.f.d. Rzayev Ramil Sulduz oğlu (Baş müəllim)

-          Pünhan Camalov Camaləddin oğlu (Baş müəllim)

-          k.ü.f.d. Qənirə Balakişiyeva Babaşirin qızı (Müəllim)

-          k.ü.f.d. Fəxriyyə Məmmədova Tahir qızı (Müəllim)

-          Pərvin Məmmədli Rövşən qızı (Assistent)

-          Səbinə Cəfərova Akif qızı (Assistent)

-          Rəsul Rəhimov Səfqulu oğlu  (Laborant)

-          Natiqə Quluyeva Rəhim qızı (Laborant)

 

Kafedranın xarici və yerli əlaqələri

 Kafedranın əməkdaşları AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Neft-Kimya Prosesləri İnstitutu, Polimer Materialları İnstitutu, Radiasiya Problemləri İnstitutu, universitetlərdən Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digər elmi, təhsil, sənaye təşkilatları ilə  elmi tədqiqat işlərində və digər sahələrdə əməldaşlıq fəaliyyəti göstərir.

Kafedranın tələbələrin karyera və təcrübə məsələlərində rolu       

Kafedranın tədris proqramında nəzərdə tutulan pedaqoji təcrübə Bakının müasir ingis dilli məktəblərində aparılır. Avropa standartlarında tədris prosesini həyata keçirən  XXI əsr Liseyi, Azərbaycan Britaniya Kollecində, Akademik Zərifə Əliyeva adına Lisey  və İstək liseylərində pedaqoji təcrübə keçən tələbələrimiz o məktəblərin həm elektron, həm də laboratoriyalarında olan vəsaitlərini dərslərdə məharətlə istifadə edirlər. Bir çox tələbələrimizin TOEFL və ya IELTS üzrə beynəlxalq dil sertifikatlarının olması, onların hazırlıq səviyyələri yüksəkliyi məktəblərin rəhbər işçilərinin diqqətini cəlb edir və onlara həmin məktəblərdə iş təklifləri edirlər. Digər tərəfdən tələbələrimizin həm Azərbaycan, həm də xaricdə magistr adını qazanmaları, həmçinin müəllilmlik imtahanında əldə etdikləri uğurlar onların bilk potensialını və vətənpərvər düşüncəyə sahib olma gösətricisidir.

Kafedranın maddi-texniki bazası (laboratoriyaları)

Kimya kafedrasının nəznində tədrisin yüksək səviyyədə aparılması üçün labaratoriyalar, zəngin kitabxanamızda dünyanın aparıcı universitetlərində tədris olunan dərsliklər, autoriyalarda istifadə edilən ağıllı lövhələr və proyektorlar  mövcuddur.

-        Laboratoriyalar tələbələrin praktik-təcrübi işlərin yerinə yetirliməsi üçün nəzərdə tutulmuş, eyni zamanda treyninq-seminarların və müxtəlif sahələrə uyğun tədqiqatların həyata keçirilməsinə uyğun formatda dizayn olunmuşdur. Laboratoriyalarımız müasir avadanlıq və təcrübə komplektləri ilə təchiz olunmuş, xüsusi işıqlandırılma, mərkəzi elektrik təchizatı sistemi, rəflərin dizaynı və komplektlərin yerləşməsi praktiki məşğələlərin səmərəliliyini təmin edir.

 

Fiziki kimya laboratoriyası     

 

Analitik kimya laboratoriyası   

 

Ümumi və qeyri üzvi kimya laboratoriyası

Üzvi kimya laboratoriyası

      

 

-         Kitabxanamızda dünyanın aparıcı universitetlərində tədris olunan 2000-dən çox

kimya dərsliyi və elektron dərliklər mövcuddur.

Kafedranın tələbələrə istiqamətli elmi və sosial fəaliyyəti

Universitetimizdə aktiv şəkildə fəaliyyət göstərən çoxsaylı tələbə dərnəkləri və tələbə elmi cəmiyyəti tələbələrin elmi və sosial həyatında mühim rol oynayır.

-          Kimya kafedrasının tələbələri Kimya mühəndisliyi kafedrasının tələbələri ilə birlikdə Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən II Azərbaycan Elm Festivalının açılış mərasimində iştirak etmişlər.

                                                          

-          Tələbələrimiz Azərbaycan Britaniya Kollecində təşkil olunan Qış Elm Festivalında

   

-          Tələbələrimizin Bakı Mühəndislik Universitetində keçirilən P&EMakers’ Days” tədbirində iştirakı

 

-          21 dekabr 2017-ci il tarixində Bakı Mühəndislik Universitetinin Tələbə Elmi Cəmiyyəti tərəfindən "III Qış Elm Festivalı" keçirilib. Bu tədbirdə Kimya kafedrasının 2-ci kurs tələbələri 4 komanda şəklində öz layihələrini təqdim etmiş və bu layihələrdən biri 3-cü yerə layiq görülmüşdür. Bundan əlavə tələbələrimiz tədbirin təşkilati işlərində də aktiv iştirak etmişdir.

 

 

 
 
 

©2018