KİMYA-BİOLOGİYA MÜƏLLİMLİYİ KAFEDRASI

   Kafedra, Kimya müəllimliyi istiqaməti üzrə ingilis dilində bakalavr və magistr, biologiya müəllimliyi istiqaməti üzrə isə ingilis dilində bakalavr təhsili imkanları təqdim edir. Təhsilin birinci ilində bakalavrlar üçün bir il intensiv şəkildə ingilis dili tədris olunur.

  Məzunlarımız öz peşə fəaliyyətlərini ümumtəhsil, xüsusi təmayüllü təhsil müəssisələrində, ali məktəblərdə həyata keçirməklə yanaşı, peşə və ixtisas dərəcəsinə uyğun olaraq digər təşkilatlarda da işləyə bilərlər.

 Son illər ölkəmizdə ABŞ və bir sıra qabaqcıl Avropa ölkələrində tədris olunan Beynəlxalq Bakalaviatura (IB-International Baccalaureate) və Beynəlxalq Ümumi Orta Təhsil Sertifikatı (IGSE - International General Certificate of Secondary Education) proqramı çərçivəsində tədrisi aparan ümumtəhsil məktəblərinin və liseylərin (kolleclərin) sayı gün keçdikcə artır. Həmin məktəblərə müasir standartlara cavab verən, kimyanı ingilis dilində tədris edən savadlı, vətənsevər müəllimlərə ehtiyac var. Bu ehtiyacı da Bakı Müəhəndislik Universiteti Pedaqoji fakultəsi Kimya müəllimliyi ixtisasının məzunları qarşıladığı üçün ixtisasının nə qədər əhəmiyyətli olduğu müşahidə olunur. 

   Kafedranın məqsədi

  Kafedranın əsas məqsədi yüksək səviyyəli, güclü ixtisas və pedaqoji biliklərə malik, özünəinamlı, elmi-tədqiqat işləri aparan və bunlardan fəaliyyətində yaradıcılıqla istifadə edən, milli və ümumbəşəri dəyərləri özündə birləşdirən beynəlxalq səviyyəli müəllimlər yetişdirməkdir. Kimya və biologiya müəllimliyi ixtisasını müvəffəqiyyətlə bitirən tələbələr bakalavr ixtisas dərəcəsinə yiyələnir və aldığı yüksək təhsil sayəsində istəyinə uyğun olaraq ya birbaşa peşə fəaliyyətinə başlamaq, ya da mövcud qəbul qaydalarına əsasən təhsilini magistratura pilləsində davam etdirmək imkanına malik olur.

   Kafedranın fəaliyyət istiqamətləri

  Bakı Mühəndislik Universitetinin Pedaqoji fakültəsinin Kimya-biologiya kafedrası kimya müəllimliyi, kimya-biologiya müəllimliyi, biologiya müəllimliyi ixtisasları üzrə bakalavr, üzvi kimya ixtisası üzrə magistr hazırlamaqdadır. Kimya kafedrasına hal-hazırda Dos. Elmar İmanov rəhbərlik edir.

  Kafedranın akademik heyəti

  Kimya-biologiya kafedrasında 11 tamştatlı və 2 yarımştat olmaqla ümumi 13 əməkdaş fəaliyyət göstərir.

-   Dos. İmanov Elmar Vaqif oğlu (Kafedra müdiri)

-   Dos. Rzayev Ramil Sulduz oğlu

-   Dos. Adil Aminov Vaqif oğlu

-   b/m. Pünhan Camalov Camaləddin oğlu

-   b/m. Elşad Yunusov Rüstəm oğlu

-   Dos. Elçin Sultanov Hafiz oğlu

-   k.ü.f.d. Qənirə Balakişiyeva Babaşirin qızı

-   Afaq Rzayeva Aydın qızı (Müəllim)

-   Həsənağa Mayılov Telman oğlu (Müəllim)

-   Pərvin Məmmədli Rövşən qızı (Müəllim)

-   Səbinə Cəfərova Akif qızı (Müəllim)

-   Rəsul Rəhimov Səfqulu oğlu (Laborant)

-   Natiqə Quluyeva Rəhim qızı (Laborant)

    Kafedranın xarici və yerli əlaqələri

  Kafedranın əməkdaşları AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Neft-Kimya Prosesləri İnstitutu, Polimer Materialları İnstitutu, Radiasiya Problemləri İnstitutu, Fiziologiya İnstitutu, Genetik Ehtiyatlar İnstitutu, Botanika İntitutu, Mikrobiologiya İnstitutu, Dendrologiya İnstitutu, universitetlərdən Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digər elmi, təhsil, sənaye təşkilatları ilə  elmi tədqiqat işlərində və digər sahələrdə əməldaşlıq fəaliyyəti göstərir.

   Kafedranın tələbələrin karyera və təcrübə məsələlərində rolu       

 Kafedranın tədris proqramında nəzərdə tutulan pedaqoji təcrübə Bakının müasir ingilis dilli məktəblərində aparılır. Avropa standartlarında tədris prosesini həyata keçirən XXI əsr Liseyi, Azərbaycan Britaniya Kollecində, Akademik Zərifə Əliyeva adına Lisey  və İstək liseylərində pedaqoji təcrübə keçən tələbələrimiz o məktəblərin həm elektron, həm də laboratoriyalarında olan vəsaitlərini dərslərdə məharətlə istifadə edirlər. Bir çox tələbələrimizin TOEFL və ya IELTS üzrə beynəlxalq dil sertifikatlarının olması, onların hazırlıq səviyyələri yüksəkliyi məktəblərin rəhbər işçilərinin diqqətini cəlb edir və onlara həmin məktəblərdə iş təklifləri edirlər. Digər tərəfdən tələbələrimizin həm Azərbaycan, həm də xaricdə magistr adını qazanmaları, həmçinin müəllilmlik imtahanında əldə etdikləri uğurlar onların bilk potensialını və vətənpərvər düşüncəyə sahib olma gösətricisidir.

   Kafedranın maddi-texniki bazası (laboratoriyaları)

  Kimya kafedrasının nəznində tədrisin yüksək səviyyədə aparılması üçün labaratoriyalar, zəngin kitabxanamızda dünyanın aparıcı universitetlərində tədris olunan dərsliklər, autoriyalarda istifadə edilən ağıllı lövhələr və proyektorlar  mövcuddur.

  Laboratoriyalar tələbələrin praktik-təcrübi işlərin yerinə yetirliməsi üçün nəzərdə tutulmuş, eyni zamanda treyninq-seminarların və müxtəlif sahələrə uyğun tədqiqatların həyata keçirilməsinə uyğun formatda dizayn olunmuşdur. Laboratoriyalarımız müasir avadanlıq və təcrübə komplektləri ilə təchiz olunmuş, xüsusi işıqlandırılma, mərkəzi elektrik təchizatı sistemi, rəflərin dizaynı və komplektlərin yerləşməsi praktiki məşğələlərin səmərəliliyini təmin edir.

  Kimya laboratoriyasının ümumi sahəsi 303 m2 təşkil edir. Müxtəlif ixtisaslarda aparılan təcrübələr üçün nəzərdə tutlan və bu sahədə ixtisaslaşmış avadanlıqlara sahib olan Fiziki kimya laboratoriyasının sahəsi 150 m2, Analitik kimya laboratoriyasının sahəsi  55 m2, Ümumi və qeyri üzvi kimya laboratoriyasının sahəsi 30  m2, Üzvi kimya laboratoriyasının sahəsi 40 m2 əhatə edir və bundan başqa kimyəvi maddələrin saxlanıldığı depo və əlavə sahə laboratoriyanın əsasını təşkil edir. Laboratoriya dərslərinin aparılması üçün hər bir tələbəyə şərait yaradılışdır. Laboratoriyada olan cihazlar, maddələr və dərsin təşkili üçün lazım olan hər bir vəsait tələbələrin sayıəna uyğun olaraq onların rahat, sərbəst və yetərli imkanlarla dərslərdə iştirak etməsinə şərait yaradır.

   Biologiya laboratoriyaısnda olan imkanlar tələbələrə bakalavr və magistr tədris planına uyğun olaraq fənn proqramlarında nəzərdə tutulan təcrübi işlərin aparılması üçün kifayət edir. Eyni zamanda laboratoriyada müəyyən tədqiqat işlərinin qoyulması, layihələrin həyata keçirilməsi də mümkündür. Məsələn, böyük sterilizə kabinəsi  müxtəlif mikrobioloji və bakterioloji işlərin aparılması üçün nəzərdə tutulmuşdur. Bundan başqa molekulyar biologiya və DNT, bitki anatomiyası və fiziologiyası, ekologiya, heyvan fiziologiyası  sahələrinə uyğun tədqiqat işlərini həyata keçirmək üçün lazımi şərait və avadanlıqlar da vardır. Biologiya elminə xas olaraq hal-hazırda laboratoriyada əsas maliyyə tələb edən təcrübələr  davamlı istifadə olunan canlı materiallardır (bitki, göbələk, qurbağa, siçan və s.).

 

 

 

 

 

 
 
 
 

©2019