Karyera Planlama Sektoru

Bakı Mühəndislik Universitetinin Müəssisələrlə Əlaqələr və Karyera departamentininin nəznində fəaliyyət göstərən Karyera Planlama Sektoru  tələbə və məzunların özlərini inkişaf etdirmələri, iş dünyasına hazırlanmaları və iş həyatının hər pilləsində uğur əldə etmələri məqsədi ilə aşağıdakı fəaliyyətləri həyata keçirir:

  1. Universitetin aşağı kurslarında oxuyan tələbələrinə karyera planlama fikrini aşılayır; 
  2. Tələbələrin fakültə dekanlıqlarının rəhbərliyi ilə ixtisasları üzrə dövlət və özəl müəssisələrdə təcrübə keçmələrini təmin edir;
  3. Müəssisələrin insan resursları şöbələri ilə əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə tədris ilinin müvafiq zamanlarında uyğunlaşdırılmış Karyera günləri (seminar,konfranslar,forum) təşkil edilir;
  4. Tələbələr tədris müddətində xüsusi təyin olunmuş seminarlarda CV hazırlama və işə müracət qaydaları haqqında maarifləndirlir;
  5. Tələbələrin praktiki təcrübələrini inkişaf etdirmək, dünyagörüşlərini artırmaq məqsədi ilə ixtisaslarına uyğun olaraq müvafiq müəssisələrə günlük təcrübə xarakterli gəzintilər təşkil edir;
  6. Tədqiqat-araşdırma, kurs və buraxılış işlərinin, magistrantların dissertasiya mövzularının praktik hissəsinin yazılmasında tələbələrin müvafiq müəssisələrlə əlaqəsini təmin edir;
  7. Müəssisələrlə əlaqə saxlayaraq məzunları ixtisaslarına uyğun  işlə  təmin  ediməsinə köməklik göstərir;
 
 
 

©2018