Karyera Planlama Şöbəsi

Karyera Planlama Mərkəzi (KPM) müxtəlif fəaliyyətləri ilə fərdin özünü tanımasına, iş dünyasına hazırlanmasına və iş həyatının hər pilləsində uğur əldə etməsinə istiqamət verir. KPŞ-nin fəaliyyətləri Unversietlər İş Dünyası əlaqlərinin formalaşması və inkişafı baxımından da əhəmiyyəti danılmazdır.

Mərkəzimizin əsas məqsədi aşağıdakılardan ibarətdir:

Tələbə və magistrların inkişafı istiqamətində seminar və kurs proqramları təşkil etmək; 

  • Məsləhət xidmətləri - yeni fikir və tədqiqatların  təşkilatlara  və  fərdlərə  çatdırılması; 
  • Universitetin aşağı kurslarında oxuyan tələbələrə karyera planlama fikrini aşılamaq; 
  • Məzun olmağa namizəd tələbələrin cəmiyyətdə səmərəli yer tuta bilmələrinə köməklik göstərmək; 
  • Məzunlarla universitet arasında xoş  münasibəti  və  əməkdaşlığı  təmin  etmək; 
  • Tələbələrin fakültə dekanlıqlarının rəhbərliyi ilə dövlət və özəl müəssisələrdə təcrübə keçmələrini təmin etmək;
  • Şirkətlərlə əlaqə saxlayaraq məzunları aldıqları  ixtisaslara  uyğun  işlə  təmin  etmək və s.

 

Missiyamız:

- Bakı  Mühəndislik Universitetinin tələbə və magistr heyətinə özünü inkişaf etdirmədə kömək etmək,

- Bakı  Mühəndislik Universiteti ilə İş dünyası əlaqələrinini inkişaf etdirmək,

 

 

Vizyonumuz: 

Tam Keyfiyyət Nəzarəti Xidməti Prinsiplərinə uyğun olaraq Universitetin tələbə və magistrlar heyətini müasir metodlarla inkişafına dəstək vermək,

 

Karyera Planlamada Universitetin rolu

Tələbə və məzunları ən çox düşündürən məslələrdən biri ixtisasa uyğun iş tapmaqdır. İş Dünyası isə hazır, bacarıqlı kadr arayışındadır. Deməli, kadr hazırlığında İş Dünyasının tələbləri nəzərə alınmalıdır. İş Dünyasının tələblərinə uyğun kadr hazırlığı prosesi komleks iş olmaqla yanaşı, kadr hazırllığında mühüm rola malikdir. Bu prosesin özü isə Universitetlərin həyatında əvəzedilməz yeri olan karyera planlama fəaliyyətləridir.

 

Karyera planlaşdırma nədir?

 

Karyera Planlama üzərimizə düşən vəzifələri yerinə yetirərkən, müəyyənləşdirlmiş hədəflər əsasında əmək bacarıqları qazanarkən, lazım olan təlimləri də alaraq, ixtisas və fərdi inkişaf baxımından özümüzü yetişdirmə prosesidir.

“Karyera” sözü, klassik formada desək, “sonu olmayan yol” şəklində izzah edilə bilər. Çünki insanın özünü yetişdirməsinin, sözün həqiqi mənasında, sonu yoxdur.

Tələbə və ya məzun karyerasını peşə ixtisası baxımından inkişaf etdirmək istədiyi sahələri və mövzuları müəyyənləşdirib, lazım gələrsə mütəxəssisdən dəstək alaraq, maraqları və arzuları əsasında irəliləyərək inkişaf edə biləcəyi sahələri diqqət mərkəzində tutaraq, özünü peşə, sosial-iqtisadi və fərdi olaraq  təmin edə bilməsidir.

 

 
 
 
 

©2017