BAKI MÜHƏNDİSLİK UNİVERSİTETİ

Azərbaycan dili və ədəbiyyatı kafedrası

 

     İctimai elmlər arasında əhatə dairəsinin genişliyi ilə diqqət mərkəzində olan Azərbaycan dili və ədəbiyyatı milli varlığımızı, həyat və düşüncə tərzimizi ən dolğun və qabarıq təcəssüm etdirməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Qədimliyi və zənginliyi ilə Azərbaycan dili və ədəbiyyatı çox önəmli elm və sənət sahəsinə çevrilmişdir.

        Azərbaycan dili və ədəbiyyatı kafedrasının qarşısına qoyduğu və həyata keçirməyə çalışdığı əsas məqsəd və vəzifələr bunlardan ibarətdir: Tələbələrə geniş və əsaslı bilik vermək; dilimizi və ədəbiyyatımızı böyük milli sərvətimiz, xalqımızın varlığının təməl dəyərləri kimi təlim etmək; Azərbaycan dili və ədəbiyyatının təşəkkül yolu, inkişaf tarixi və bugünkü vəziyyəti, özəl keyfiyyətləri barədə tələbələrdə ətraflı və dərin elmi təsəvvür yaratmaq; onlarda yüksək bədii zövq və müstəqil düşüncə tərzi formalaşdırmaq; dili, ədəbiyyatı başlıca təfəkkür və mənəviyyat hadisəsi kimi şərh etmək; Türk dünyasını daha yaxından tanıtmaq üçün  türkologiyanın əsaslarını, türk dilini və türk xalqlarının ədəbiyyatlarını tədris etmək. Bütün bu bilikləri mənimsəyən və yüksək əxlaqi keyfiyyətləri özündə cəmləşdirən müəllimlər yetişdirməyi də bölməmiz qarşısına başlıca vəzifə kimi qoymuşdur.  Bölməmizin başqa bir məqsədi tələbələrə səlis danışmaq və yazmaq vərdişini, müəyyən tədqiqatçılıq vərdişlərinin təlqin etməkdir.

         Kafedrada Azərbaycan dili, ədəbiyyat və onların tədrisi ilə bağlı fənlər – “Azərbaycan dili”, “Azərbaycan ədəbiyyatı tarixi”, “Azərbaycan dilinin tədrisi metodikası”, “Azərbaycan ədəbiyyatının tədrisi metodikası”, “Dilçiliyə giriş”, “Azərbaycan dialektologiyası”, “Azərbaycan dili tarixi”, “Türkologiyaya giriş”, “Dünya ədəbiyyatı”, “Ədəbiyyat nəzəriyyəsi”, “Şifahi xalq ədəbiyyatı”, "Datan poetikası", "Mifologiya və ədəbiyyat" və s. fənlər tədris olunur.

Pedaqoji təcrübələr

   Tələbələrimiz, tədris müddətində auditoriya şəraitində qazandıqları nəzəri bilik və bacarıqları praktik olaraq möhkəmləndirmək, kompetensiyalarını inkişaf etdrirmək məqsədilə təcrübələrdə iştirak etmək məcburiyyətindədirlər. Təcrübələr, müəllimin rəhbərliyi ilə qrup və ya yarımqrup olmaqla keçirilir və pedaqoji təcrübələri əhatə edir.

   Bakalavr təhsil pilləsində təhsil alan 4-cü kurs tələbələrimizin pedaqoji hazırlığını təmin etmək, biologiya fənninin tədrisində müasir interaktiv metodların tətbiq edilməsi yollarını öyrətmək, eyni zamanda təlim-tərbiyə prosesinin praktikliyini artırmaq məqsədi ilə müxtəlif vəsaitlərdən istifadə etmək bacarığını formalaşdırmaq, dərsin təlim, inkişafetdirici və tərbiyəedici məqsədləri arasında əlaqəni əsaslandırmaq  və s. üçün ümumtəhsil məktəblərində, xüsusi təmayüllü təhsil müəssisələrində (gimnaziya. lisey və s.) payız və bahar semestrlərində pedaqoji təcrübələr gerçəkləşdirilir. Hər bir tələbə, hər pedaqoji təcrübə üçün lazım olan sənədləri hazırlamaq və təcrübənin sonunda rəhbər müəllimə təslim etməlidir.

     Kafedranın fəaliyyət sahəsinə Azərbaycan dili və ədəbiyyatı sahəsində tədqiqatlar aparmaq, metodik əsərlər, proqram, dərslik və dərs vəsaitləri hazırlayıb çap etdirmək kimi fəaliyyətlər də daxildir.    

     Kafedrada bakalavr təhsili ilə yanaşı magistratura təhsili də verilir. Həm Azərbaycan dili, həm də Azərbaycan ədəbiyyatı ixtisasları üzrə magistr hazırlıqları mövcuddur. Bakalavr və magistratura pilləsində mühazirə, seminar və praktik məşğələlər aparılır, referat və buraxılış işlərinə rəhbərlik edilir, tələbələr elmi-tədqiqat işlərinə istiqamətləndirilir.

     Kafedra bakalavr səviyyəsində tələbələrin, əsasən, dil və ədəbiyyat təhsili alaraq öz ixtisaslarının mütəxəssisi olmaları ilə yanaşı, dil və ədəbiyyat sahələrində əməli vərdişlərə də yiyələnmələrini yazılı və şifahi nitqlərini, estetik zövqlərini inkişaf etdirmələrini də hədəfləyir. Magistraturada verdiyimiz təhsillə istər dil, istərsə də ədəbiyyat sahəsində yalnız Azərbaycanda deyil, dil və ədəbiyyatımızın yayıldığı hər yerdə müvəffəqiyyətlə çalışacaq məzunlar verməyə səy göstəririk.

         Azərbaycan dili və ədəbiyyatı kafedrasını müvəffəqiyyətlə bitirən tələbələrimiz aldığı yüksək təhsil sayəsində ali və orta məktəblərdə pedaqoji fəaliyyətlə yanaşı nəşriyyatlarda, qəzet və jurnalların redaksiyalarında, mədəniyyət təşkilatlarında, radio və televiziya kanallarında da işləyə bilərlər.

             Azərbaycan dili və ədəbiyyatı kafedrasının əməkdaşları milli şüurun və mənliyin yeni nəslə ötürülməsində, tələbələrin cəmiyyətə yararlı şəxsiyyətlər kimi yetişmələri üçün qiymətli işlər görməkdədirlər. Kafedranın müəllimləri planda nəzərdə tutulmuş elmi tədqiqat işlərini yerinə yetirir, elmi pedaqoji səviyyələrini yüksəltmək və tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunmasını təmin etmək məqsədilə müxtəlif tədbirlər,  seminarlar təşkil edirlər. Kafedrada hal-hazırda ədəbiyyat və bədii dil məsələləri istiqaməti üzrə olmaqla bədii dil problemləri ilə bağlı elmi tədqiqat işləri aparılır.  

Azərbaycan dili və ədəbiyyati kafedrası tam ştat prоfessоr-müəllim və labоrant heyəti aşağıdakı tərkibdən ibarətdir;

  1. Fil.ü.f.d., dos. Emin Ağayev (Kafedra müdiri)
  2. Fil.ü.f.d., dos. İslam Hüseynov (Dekan)
  3. Fil.ü.f.d. dos. Niyaməddin Haşımov (Dekan müavini)
  4. F.e.d., prof. Akif Hüseynli
  5. F.e.d., prof. Minəxanım Təkləli
  6. F.e.d. b/m.Təranə Hacıyeva
  7. Fil.ü.f.d., baş müəllim Sədrəddin Hüseyn
  8. Fil.ü.f.d., baş müəllim Zabitə Teymurlu
  9. Fil.ü.f.d. Jalə Zeynallı
  10. Baş müəllim Rəhman Quliyev (TQDK – nın eksperti)
  11. Baş müəllim Ülvi Babayev
  12. Müəllim Aysel Talıbova
  13. Müəllim Subeybat Həsənova
  14. Assistent Yeqzar Cəfərli

 

Kafedrada: 

        3 elmlər doktoru: Akif Hüseynli, Minəxanım Nuriyeva, Təranə Hacıyeva, onlardan 2 nəfəri professor - Akif Hüseynli, Minəxanım Nuriyeva;

        6 filologiya üzrə fəlsəfə doktoru Emin Ağayev, Niyaməddin Haşımov, İslam Hüseynov, Sədrəddin Hüseyn, Zabitə Teymurlu, Jalə Zeynallı, Vahid Adilov (saathesabı), o cümlədən onlardan 4 nəfəri  dosent - İslam Hüseynov, Emin Ağayev, Niyaməddin Haşımov, Vahid Adilov (saathesabı),

        4 müəllim - baş müəllim Rəhman Quliyev, baş müəllim Ülvi Babayev, Subeybat Həsənova və Aysel Talıbova dərs keçirlər.

Kafedranın assistenti: Yeqzar Cəfərlidir

 

 

 

 
 
 

©2018