Bədii yaradıcılıq bölməsi

Universitetimizin mədəni həyatı özünəməxsusluğu ilə seçilir. Tələbələrin hərtərəfli yetişməsinə xüsusi diqqət yetirən  Bədii yaradıcılıq bölməsi fəaliyyətində incəsənətin məna və mahiyyətini, onun insanların qəlbinə, hissinə, əqidəsinə dərin təsirini, tərbiyəvi əhəmiyyətini, ideya-estetik keyfiyyətini xüsusi dəyərləndirir. Universitetdə bədii özfəaliyyət incəsənətinin müxtəlif sahələrində yeni istedadların yetişməsi üçün işgüzar şərait yaradılıb ki, bu da müasir dövrümüzdə mənəvi-əxlaqı normaların bütün səviyyələrdə qorunmasını təbliğ etməyə, gəncləri kamilliyə çağıran praktik təsir gücünə malikdir. 

Bədii yaradıcılıq bölməsinin tərkibində ebru-dizayn kursları, rəqs, musiqi, ansambl və teatr bədii özfəaliyyəti dərnəkləri fəaliyyət göstərir .

Əlamətdar tarixi günlər və hadisələr, xalq bayramları, il ərzində respublikanın həyatında baş verən mühüm hadisələrlə əlaqədar keçirilən tədbirlərdə bədii özfəaliyyət kollektivləri  yaxından iştirak edirlər. Özfəaliyyət dərnəklərində iştirak edən tələbələr tanıtım, təqdimat, əyləncə və bayram proqramları, xatirə və yaradıcılıq gecələri, sərgilər təşkil edir, mədəni-kütləvi tədbirlərinin keçirilməsi və təşkili işində yüksək bacarıq və qabiliyyət nümayiş etdirirlər.

 

 
 
 

©2018