BAKI MÜHƏNDİSLİK UNİVERSİTETİNİN

Memarlıq və İnşaat kafedrası 

 

Fəaliyyətə başlama tarixi

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında mühəndis texnologiyalarının tədrisinin təkmilləşdirilməsini və bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə, 8 noyabr 2016-cı il tarixində yaradılmış Bakı Mühəndislik Universitetinin, Mühəndislik fakültəsinin nəzdində Memarlıq və İnşaat kafedrası 2017-2018 tədris ilindən yaradılmışdır. Bakı Mühəndislik Universitetinin Mühəndislik  fakültəsinin Memarlıq və İnşaat kafedrası Memarlıq (şifr-050633), Şəhərsalma (şifr-050659), İnşaat mühəndisliyi (şifr-050634), Mühəndis sistemləri və qurğuların tikintisi mühəndisliyi (şifr -050635), Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi (şifr -050658) ixtisasları üzrə tələbə hazırlamaqdadır. Memarlıq və İnşaat kafedrasına m.ü.f.d  Professor, Əməkdar  memar  Sabir  Orucov  rəhbərlik  edir.

İxtisaslar, məqsəd və hədəflər

Azərbaycanda sürətlə inkişaf edən İnşaat sektorunun nailiyyətləri, Bakı Mühəndislik Universitetinin yüksək maddi texniki intellektual imkanları fonunda yeni yaradılmış Memarlıq və İnşaat kafedrası əsas metodoloji prinsip olaraq öz işini elmin, təcrübənin və təhsilin sıx bağlılığı şəraitində kreativ ideyaların dəyərləndirilməsi, inkişaf etdirilməsi və həyata keçirilməsi üzərində qurmağı qarşısına məqsəd qoymuşdur.

Memarlıq ixtisasında bakalavr və magistr dərəcələri üzrə təhsil nəzərdə tutulmuşdur. Tədris Azərbaycan Respublikası Təhsil Nazirliyinin baza tədris  proqramları əsasında fəaliyyətini qurmaqla dünyanın qabaqcıl universitetlərinin təcrübələrinin də nəzərə alması üzərində qurulmuşdur.

Memarlıq, insanın bütün həyat və fəaliyyəti üçün məkan mühitinin yaradılması üçün nəzərdə tutulan bina və qurğular sistemidir.

Memarlıq ixtisası layihə prossesləri ilə əlaqədar proqramların təminatından istifadə etməklə memarlıq obyektlərinin layihələndirilməsinin, bədii konstruksiyalaşdırılmasının nəzəri və tədbiqi əsaslarının öyrədilməsini nəzərdə tutur.

Bakalavr pilləsində təhsil almış mütəxəssislər ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələri, təşkilatlar, idarələr, müəssisələr, birliklər və mövcud qaydalara riayət olunmaqla müxtəlif təhsil müəssisələrində və s. sferalarda işləyə bilərlər.

Tədris Azərbaycan və ingilis dillərində nəzərdə tutulmuşdur.

Şəhərsalma ixtisasının təhsili “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”, “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları”nın tələblərinə  və “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların təsnifatı”na uyğun olaraq qurulmuşdur.

Şəhərsalma peşə fəaliyyəti memarlıq layihə prossesləri ilə əlaqədar proqramların təsnifatından istifadə etməklə şəhərsalma və memarlıq obyektlərinin layihələndirilməsinin şəhər ərazilərinin mühəndis hazırlığı və abadlaşdırılmasının şəhər strukturlarının rekonstruksiyası və tarixi ərazilərin qorunmasının nəzəri əsaslarının öyrənilməsini nəzərdə tutur.İxtisas üzrə bakalavr təhsilini bitirmiş mütəxəssis bakalavrın fundamental və peşə hazırlığına uyğun olaraq şəhərsalma ixtisası üzrə müxtəlif idarə və təşkilatlarda çalışa bilər, eləcə də ixtisas üzrə  magistraturada təhsil ala bilər.

Tədris Azərbaycan və Rus dillərində nəzərdə tutulmuşdur.

İnşaat mühəndisliyi ixtisasının təhsili Azərbaycan Respublikasının Ali təhsil haqqındakı müvafiq standartı, proqram və qaydalarına uyğun olaraq qurulmuşdur.

Təhsil müasir hesablama texnikasından və proqram təminatından, müasir texniki diaqnostika üsullarından, elm və texnikanın nailiyyətlərindən, Azərbaycanın və xarici ölkələrin qabaqcıl təcrübəsindən istifadə etməklə, bina və qurğuların layihələndirmə prinsiplərinin, konstruksiyaların müasir hesablama üsullarının, tikinti işlərinin yerinə yetirilmə texnologiyalarının, müasir tikinti materiallarının  öyrənilməsi məqsədini daşıyır. İxtisası bitirən bakalavr mütəxəssis mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələri, təşkilatlar, idarələr, müəssisələrlər, birliklərvə s. sferalarda, o cümlədən mövcud qaydalara riayət olunmaqla müxtəlif təhsil müəssisələrində (ali məktəb elmi, elmi–pedaqoji fəaliyyət sahələri istisna olmaqla ) çalışa bilərlər.

Tədris Azərbaycan və ingilis dillərində nəzərdə tutulmuşdur.

Mühəndis sistemləri və qurğuların tikintisi mühəndisliyi ixtisası yeni yaradılmış ixtisas olaraq “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların təsnifatı”na uyğun olaraq təşkil olunmuşdur.

Burada məqsəd daim dəyişən, inkişaf edən, ən müasir elmi nailiyyətlərə dayanan müasir texnologiyaların imkanlarından, proqram təminatlarından, texniki diaqnostika üsullarından istifadə etməklə müasir mühəndis sistemlərinin və qurğularının layihələndirilməsi prinsiplərinin və hesablama üsullarının, tikinti işlərinin yerinə yetirilməsi texnologiyalarının mənimsənilməsindən ibarətdir. Bakalavrın fundamental və peşə hazırlığına uyğun olaraq ixtisasdan məzun olan mütəxəssis mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələri, təşkilatlar, idarələr, müəssisələrlər, birliklər və s. sferalarda, o cümlədən mövcud qaydalara riayət olunmaqla müxtəlif təhsil müəssisələrində (ali məktəb elmi, elmi–pedaqoji fəaliyyət sahələri istisna olmaqla) çalışa bilərlər.

Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisası yeni yaradılmış ixtisas olaraq “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların təsnifatı”na uyğun olaraq təşkil olunmuşdur.

Burada məqsəd tələbələri daim dəyişən, inkişaf edən, ən müasir elmi nailiyyətlərə dayanan müasir texnologiyaların imkanlarından, proqram təminatlarından, o cümlədən logistika (daşımaların təşkili) və nəqliyyat texnologiyalarının mühəndisliyinə aid peşəyönümlü bilik, səriştə və bacarıqları bir iqtisadçı-mühəndis kimi hazırlamaqdan ibarətdir.

Bakalavrın fundamental və peşə hazırlığına uyğun olaraq ixtisasdan məzun olan mütəxəssis mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələrində, təşkilatlarda, idarələrdə, müəssisələrlərdə (xüsusilə logistika (daşımaların təşkili) və nəqliyyat texnologiyalarının mühəndisliyinə aid firmalarda), birliklərdə və s. sferalarda, o cümlədən mövcud qaydalara riayət olunmaqla müxtəlif təhsil müəssisələrində (ali məktəb elmi, elmi-pedaqoji fəaliyyət sahələri istisna olmaqla) çalışa bilərlər.

Kafedranın professor-müəllim heyəti

Hazırda Memarlıq və İnşaat kafedrasının nəzdində tam ştatda 1 professor, 2 dosent, 0.5 ştatda  1 müəllim (Ph.d), saat hesabı çalışan  3 müəllim, 1 katib və 1 laborant fəaliyyət göstərirlər.

İxtisaslar üzrə tələbələrin sayı

Dillər məktəbində ingilis dili üzrə hazırlıq – tədris ilini keçən tələbələr :

-         Memarlıq (En)10 nəfər,

-         İnşaat mühəndisliyi (En) 18 nəfər.

I kurs:

-         Memarlıq (Az)19 nəfər,

-         Şəhərsalma (Az) 5 nəfər,

-         İnşaat mühəndisliyi (Az) 8 nəfər,

-         İnşaat mühəndisliyi (En) 20 nəfər,

-         Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi (Az) 5 nəfər,

-         Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi (Az) 33 nəfər.

II kurs:

-         İnşaat mühəndisliyi (En) 26 nəfər.

III kurs:

-         İnşaat mühəndisliyi (En) 31 nəfər.

 

 
 
 

©2018