Məzunlarla Əlaqələr sektoru   

 Məzunlarının işlə təmin olunması nisbətinə görə Universitet haqlı olaraq qürur hissi keçirir. 2017-ci ildə ilk yetirmələrinin işlə təmin olunmasına nail olmuş  Universitet sonrakı illərdə də məzunlarının  taleyinə biganə qalmır. Bu məqsədlə  qurulmuş  xüsusi mərkəzin səyləri nəticəsində bu günə qədər Universiteti bitirmiş tələbələrin bir qismi artıq işlə təmin olunmuş, geriyə qalan qisminin böyük əksəriyyəti isə ölkə daxilində və xaricində magistratura pillələrində təhsillərini davam etdirir.  İş dünyası ilə sıx əlaqə saxlayan Universitet  tez-tez yerli və xarici şirkət rəhbərləri ilə işgüzar görüşlər keçirir. Tələbələrinin Azərbaycanda fəaliyyət göstərən müxtəlif  şirkətlərdə təcrübə  keçmələrinə şərait yaradır. Universitetdəki ciddi nizam-intizamı, güclü maddi-texniki bazanı, eləcə də obyektivliyi  təqdir edən  şirkətlərin özləri birbaşa Universitetə müraciət edir. Şirkətlərin gələcək kadrlarını Universitet tələbələri arasından seçməsi buradakı təhsilin keyfiyyətinin  ən bariz dəlilidir. 

Bakı  Mühəndislik Universiteti ildən ilə böyüyür, məzunları ildən ilə artır. Çoxalan Məzun potensialını daha aktiv, koordinasiyalı, faydalı etmək üçün Məzun Əlaqələr  Şöbəsinin qurulmasına qərar verilmişdir. Şöbəmiz ölkə daxili və xaricində olan məzunlarımızla daha sıx əlaqələr qurmağa çalışır.

Dünyanın bir neçə ölkəsində,  Amerika, Kanada, Kolumbiya, Rusiya, Almaniya, Avstralya, Sudan, Çexiya, Danimarka, Fransa, İngiltərə, İsveç, İtaliya, Meksika, Qazaxıstan, Yaponiya, Türkiyə və s. kimi məzunlarımız fəaliyyət göstərir. 

Məzun Gmail group(BMUmezunu@googlegroups.com)  vasitəsilə məzunlarımıza universitetdəki ən son yeniliklərdən, fəaliyyətlərdən, vakansiyalardan, tədbirlərdən, seminarlardan xəbər veririk. Məzunlarımız bildiklərini, səmimi hisslərini, yeni xəbərləri və s. yazır.

İşsiz məzunlarımızla tez-tez əlaqə saxlanılır. Yeni iş yerləri və vakansiyalardan xəbərdar edilir.

Universitetə ziyarətə gələn qonaq məzunlar qarşılanır, lazımı məsləhətlər verilir, köməklik göstərilir və təklifləri alınır.

 


  

 

 

 

 
 
 

©2017