Bakı Mühəndislik Universiteti 

Mühasibat uçotu və audit kafedrası 

 

 Kafedranın (İxtisasın) aktuallığının əsaslandırılması

Müəssisələr gələcəkdəki fəaliyyətlərini planlaması və hal hazırdakı maliyyə vəziyyətlərinin müəyyən edilməsi mühasibat uçotunun verdiyi məlumatlara əsaslanır. Firmalar bu məlumatlarla mövcud vəziyyətlərini müəyyən edə biləcəkləri kimi, gələcək ilə əlaqəli investisiya qərarlarını da müəyyən edə bilərlər. Mühasibat uçotu  yalnız dövlətə qarşı məsuliyyətlərin yerinə yetirildiyi bir sistem deyil eyni zamanda şirkətin inkişaf perspektivində önəmli rol oynayan bir vasitədir. Şirkətlər quracaqları sağlam bir mühasibat uçotu sistemiylə  marketinq, istehsalat və maliyyə kimi önəmli təşkilat bölmələrinin  qərarlarına müsbət yöndə istiqamət verə biləcək hesabatlar hazırlaya bilərlər.

Mühasibat uçotunun təqdim etdiyi informasiyalar həm təşkilat daxili həm də onlardan kənar xarici istifadəçilər üçün də iqtisadi qərarların verilməsində önəmlidir. Beynəlxalq təcrübədə mühasibat uçotunun təqdim etdiyi məlumatlar və hesabatlar şirkətin iqtisadi fəaliyyət dili olaraq da qəbul edilir. Bu dilin bir müstəvidə qiymətləndirilməsi və anlaşılmasını Beynəlxalq mühasibat uçotu standartları təmin edir. Beynəlxalq mühasibat uçotu standartlarına uyğun hazırlanmış maliyyə hesabatları sayəsində dünyanın istənilən təşkilatı sağlam məlumat əldə etmə imkanı əldə edilir.

Auditor fəaliyyəti sahibkarlıq fəaliyyətinin növlərindən biridir. O, iqtisadi subyektlərin mühasibat və maliyyə hesabatlarının müstəqil şəkildə yoxlanılması ilə məşğuldur. Auditor fəaliyyətinin əsas məqsədi maliyyə və mühasibat uçotu hesabatlarının etibarlılığını təmin etmək, eləcə də müxtəlif maliyyə və təsərrüfat əməliyyatlarının mövcud qanunvericiliyə uyğun olub-olmamasını yoxlamaqdır. Yüksək əməkhaqqına ümid bəsləyən ixtisaslı auditorlar həm yerli, həm də qərb mühasibat sistemini – GAAP (Generally Accepted Accounting Principles)-i bilməlidir.

   Kafedranın məqsədi

  • Tələbələrə beynəlxalq mühasibat uçotu və audit anlayışını qazandırmaq
  • Şirkətlərdə maliyyə menecmenti işinin təşkili, maliyyə hesabatlarının planlaşdırılmasında orta və uzun vadəli ehtimallar, mənfəətin planlaşdırılması və nəzarət edilməsi, nəğd pulların idarəedilməsi biliklərini qazandırmaq.
  • Müəssisələrin mühasibatlıq anlayışı və əsas prinsipləri, əsas maliyyə cədvəlləri, iki tərəfli qeydiyyat, aktiv, öhdəlik və kapital anlayışı və qeydiyyatının aparılması bilik və bacarıqlarını qazandırmaq.

 

Nəticə olaraq tələbələr aşağıdakı bilikləri əldə edirlər.

 

  • Müəssisə idarəetməsində ortaya çıxacaq problemləri analiz və həlletmə
  • İrəli səviyyə Muhasibat uçotu anlayışı
  • İrəli səviyyə Audit anlayışı
  • Müəssisələrdə muhasibat uçotu apara bilmə
  • Yeni menecment metodlarını mənimsəyərək şirkət fəaliyyətlərində ortaya çıxacaq problemlərə həll yolları tapa bilmə
  • İnvestisiya, maliyyələşdirmə və mənfəət bölüşdürmə qərarlarını verə bilmə
  • Əsas maliyyə cədvəllərini hazırlaya bilmə
  • Məsələlərə peşəkar yanaşma

   Kafedranın fəaliyyət istiqamətləri

Kafedranın elmi fəaliyyə istiqamətləri aşağıdadır.

  • Beynəlxalq mühsaibat uçotu standartları və Milli Mühasibat Uşotuna tədbiqi problemləri
  • İdarəetmə uçotunun aktual problemləri

4.    Kafedranın akademik heyəti.

5.     Sayta personel məlumat sistemindən avtomotik gəlməlidir.

 6.    Kafedranın xarici əlaqələri.

Bakı Mühəndilik Universiteti ilə CIMA təşkilatı 2017-ci ildən partnoyrdur və bu ixtisasdan məzun olan tələbə CIMA-nın 6-ya qədər imtahanından azad olur. Əlavə olaraq təsris proqramı ACCA proqramına tam uyğun olaraq hazırlanmışdır.

  Kafedranın tələbələrin karyera və təcrübə məsələlərində rolu

Tələbələr beynəlxalq mühasibat uçotu standartları və müassir idarəetmə uçotu əsasına dayanan tədris proqramına uyğun peşəkar müəllimlər tətəfində təhsil aldıqları üçün məzun tələbələr yerli və beynəlxalaq müəssilərdə rahatlıqla iş tapma imkanı əldə edirlər. Tədris planınnda isə təcrübəyə 14 həftəlik yer ayrılmışdır.

    Kafedranın maddi-texniki bazası (laborotoriyaları)

Maliyyə və Mühasibat uçotu laborotiriyası ACCA, CIMA və ACCA sertifikalatlarını əldə etmək üçün lazım olan kitab və maddi texniki bazaya malikdir.

    

 

 

 

 
 
 

©2018