Azərbaycan Respublikası Təhsil Nazirliyi

BAKI MÜHƏNDİSLİK UNİVERSİTETİ

2018-ci il üçün aşağıdakı ixtisaslar üzrə

FƏLSƏFƏ DOKTORU PROQRAMI ÜZRƏ

QƏBUL ELAN EDİR

ELM SAHƏLƏRİ VƏ İXTİSASLAR

 

12- Riyaziyyat

1211.01- Diferensial tənliklər – 1 yer (dissertant, ödənişli əsaslarla)

 

20-  Mexanika

2002.01- Deformasiya olunan bərk cisim mexanikası – 1 yer (dissertant, büdcə hesabına)

 

22- Fizika

2206.01- Molekulyar fizika- 1 yer (dissertant, ödənişli əsaslarla)

 

33-Texnika elmləri

3338.01- Sistemli analiz, idarə­etmə və infor­ma­si­yanın işlənməsi -1 yer (dissertant, büdcə hesabına)

 

53- İqtisad elmləri

5312.01- Sahə iqtisadiyyatı- 1 yer doktorant (ödənişli əsaslarla, qiyabi), 1 yer (dissertant, ödənişli əsaslarla). 

 

TƏLƏB OLUNAN SƏNƏDLƏR:

- Rektorun adına ərizə;

- Kadrların şəxsi-qeydiyyat vərəqi;

- Tərcümeyi-hal;

- 4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- İş yerindən xasiyyətnamə;

- İş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

- Çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

- Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

- Şəxsiyyəti təsdiq edən sənədin surəti.

Sənədlər 27.12.2017- 27.01.2018- ci il tarixlərində Bakı Mühəndislik Universiteti, Magistratura və doktorantura şöbəsində qəbul edilir. 

 
 
 

©2018