Hacı Zeynalabdin Tağıyev Klubu Bakı Mühəndislik Universitetinin (BMU) ən qabaqcıl klublarından biridir. Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin fəaliyyətindən ilhamlanan klub müxtəlif xeyriyyə işləri ilə məşğul olur. Ehtiyacı olanlara kömək etmək, uşaq evlərinə ziyarətlər təşkil etmək, kitab yarmarkaları keçirmək və digər rəngarəng xeyriyyəçilik layihələrinin və tədbirlərinin keçirilməsində Hacı Zeynalabdin Tağıyev Klubu çox önəmli rol oynayır. Klub xalqımızın və dövlətimizin xeyriyyə işinə verdiyi önəmin tələbələr arasında formalaşmasında, təbliğində çox önəmli yer tutur.  Bu klub həm universitetdə, həm də universitet xaricindəki xeyriyyə ictimaiyyəti arasında öz layiqli fəaliyyəti ilə tanınır və seçilir.