Veysəloğlu Şirkətlər Qrupundan tələbələrimizə təcrübə imkanları Veysəloğlu Şirkətlər Qrupundan tələbələrimizə təcrübə imkanları

, baxılıb - 323 dəfə

Bakı Mühəndislik Universitetinin Müəssisələrlə Əlaqələr və Karyera departamentinin təşkilatçılığı ilə departamentin direktoru Gülçöhrə İbrahimova, mütəxəssislər Vasif Fərəcov və Sahilə Daşdəmirova ilə Azərbaycanın ən iri  şirkətlərindən olan  Veysəloğlu Şirkətlər Qrupunda Təhsil Müəssisələri ilə Əlaqələr bölməsinin müdiri Fuad Əliyev və mütəxəssis Günel Həsənova arasında əməkdaşlıq çərçivəsində görüş keçirilmişdir. Görüş zamanı tələbələrimizin şirkətlər qrupunda təcrübə keçməsi üçün imkanlar müzakirə olundu. Bundan əlavə, şirkət nümayəndələrinin universitetdə praktiki dərs keçmələri, günlük təcrübə gəzintilərinin təşkili və universitet ilə şirkət arasında əlaqələrin inkişafı yolları müzakirə olundu. 

Tələbələrimizə yaratmış olduğu imkanlara görə Veysəloğlu Şirkətlər Qrupunun rəhbərliyinə təşəkkürümüzü bildiririk.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018