Bakı Mühəndislik Universiteti (BMU) tədrisin, elmi-tədqiqatların keyfiyyətinin yüksəldilməsi, tədrisin bazarın tələblərinə uyğunlaşdırılması və univerisitet-sənaye iş birliyinə çox önəm verir, həmçinin tələbə və məzunların iş dünyası ilə tanış olması üçün müxtəlif addımlar atır. Bu il də, Müəssisələrlə Əlaqələr və Karyera Departamenti olaraq yeni dərs ilində ilk şirkət gəzintimiz Universitetimizlə sıx əməkdaşlıq edən, ona hər zaman dəstək verən Veysəloğlu Şirkətlər Qrupuna oldu. Görüş şirkətin İR Biznes Tərəfdaşlıq, Karyera və İnkişaf üzrə direktoru Təyyar Mustafayev, Biznes Tərəfdaşlıq departament müdiri Günel Zeynalova və Universitetlərlə iş üzrə aparıcı mütəxəssis Rəsmiyə Rzayevavə Müəssisələrlə Əlaqələr və Karyera departamentinin direktoru Gülçöhrə İbrahimova, mütəxəssisləri Sahilə Daşdəmirova, Vasif Fərəcovun iştirakı ilə keçirildi. Görüş zamanı Veysəloğlu Şirkətlər Qrupunda işə başlamış dos.Təyyar Mustafayeva yeni işində uğurlar arzu etdik və universitetimiz tərəfindən verilmiş fəxri fərman təqdim etdik. Yeni dərs ilində universitetlə şirkətlər arasında görüləcək işlər müzakirə olundu. VİA layihəsi və təcrübə proqramları üçün seçilən məzunlardan, onların seçim prosesindən və Veysəloğlu Şirkətlər Qrupunun tələbə və məzunlara yaratdığı imkanlardan bəhs olundu.
BMU-da “Technofusion” şirkətin.. [06-Feb-2019] |
“North West Construction” Tələ.. [25-Jan-2019] |
Kapital Bankda Karyera Günü [25-Jan-2019] |
BMU və ATMU arasında ikitərəfl.. [10-Dec-2018] |
“North West Construction” Tələ.. [06-Dec-2018] |
“Crescent Development Project”.. [05-Dec-2018] |
P&G əməkdaşları tələbələri.. [30-Nov-2018] |
“Deloitte & Touch" LL.. [29-Nov-2018] |
P&G şirkətində Təcrübə Pro.. [27-Nov-2018] |
Tələbələrimizin “Crescent Deve.. [21-Nov-2018] |