BMU-da işçilərin sağlamlığına xüsusi diqqət var BMU-da işçilərin sağlamlığına xüsusi diqqət var

, baxılıb - 505 dəfə

      Bakı Mühəndislik Universiteti Qadınlar Şurası tərəfindən növbəti xeyriyyə aksiyası keçirilib. Həkim-nevropatoloq, tibb üzrə fəlsəfə doktoru Elşanə Mustafayeva bir gün ərzində BMU- nun texniki işçilərinə tibbi xidmət gös­tərib. İşçilər onları narahat edən məslələrlə bağlı həkimə müraciət ediblər.  50-dək işçi həkim müayinəsindən keçib və onlara müalicə təyinatları verilib.

   Qadınlar Şurasının sədri Ətrabə Gül qeyd edib ki, şura üzvləri tərəfindən işçilər arasında görüş keçirilir, onların  istəklərinə uyğun universitetə həkim dəvət olunur. Sədr bildirib ki, universitetdə  belə aksiyalar mütəmadi keçirilməsi rəhbərliyin işçilərin sağlamlığına olan diqqətinin bariz nümunəsidir.

    Sonda aksiyadan yararlanan şəxslər təşkilatçılara və  həkim-nevropatoloq Elşanə Mustafayevaya minnətdarlıqlarını bildiriblər.

 

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018