Universitetin ad gününü müsabiqə ilə qeyd etdilər Universitetin ad gününü müsabiqə ilə qeyd etdilər

, baxılıb - 251 dəfə

 

  Bakı Mühəndislik Universitetinin yaradılmasının 2 illiyi münasibətilə Ambassador oteldə  ölkəmizin ali məktəb tələbələri arasında "Nə? Harada? Nə zaman?"  intellektual oyunu təşkil olunub. "Mühəndislər" kuboku adlanan yarışda 21 komanda tərkibində 120-dən artıq tələbə öz biliyini sınayıb. Gərgin mübarizə şəraitində keçən müsabiqədə ilk yerləri müvafiq olaraq Kidderminster (yığma), Santa Klara (yığma) və Prometey (BMU) komandaları əldə ediblər.

 Qeyd edək ki, Bakı Mühəndislik Universiteti Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında mühəndis texnologiyalarının tədrisinin təkmilləşdirilməsini və bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə, 8 noyabr 2016-cı il tarixində yaradılmışdır.

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018