Universitet Tələbələrinin Proqramlaşdırma üzrə Beynəlxalq Müsabiqəsinin (ACM ICPC) 1/4 final mərhələsi (XIV Azərbaycan Birinciliyi) keçiriləcək Universitet Tələbələrinin Proqramlaşdırma üzrə Beynəlxalq Müsabiqəsinin (ACM ICPC) 1/4 final mərhələsi (XIV Azərbaycan Birinciliyi) keçiriləcək

, baxılıb - 492 dəfə

    27 oktyabr 2018-ci il tarixində Bakı Mühəndislik Universitetində Universitet Tələbələrinin Proqramlaşdırma üzrə Beynəlxalq Müsabiqəsi (ACM ICPC - International Collegiate Programming Contest) keçiriləcək. Bu müsabiqənin əvvəlcə 1/4 final mərhələsi ölkə üzrə keçirilir və burada ali məktəb tələbələrindən ibarət komandalar iştirak edir (http://icpc.baylor.edu rəsmi saytında qeydiyyatdan keçmiş). Müvəffəq olan komandalar regional yarımfinala vəsiqə qazanır.

Müsabiqədə iştirak edən komanda 3 nəfərdən ibarət olur (bakalavr və ya magistr tələbəsi) və 5 saat ərzində alqoritmik məsələləri həll edirlər. Beynəlxalq İnformatika Olimpiadasından fərqli olaraq burada bir məsələ bütün testləri uğurla keçərsə, düzgün hesab olunur. Komandalara 9-11 alqoritmik məsələnin şərti təqdim olunur və müsabiqə zamanı komandalar məsələlərin həllini C, C++, Java, Python proqramlaşdırma dillərindən birində yazıb avtomatik qiymətləndirmə sisteminə göndərirlər. Məsələlərin həlli avtomatik qiymətləndirmə sistemi vasitəsilə yoxlanılır və qiymətləndirilir. Müsabiqənin şərtləri haqqında "http://icpc.baylor.edu " ətraflı məlumat almaq olar.

Müsabiqənin təşkilatçıları Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti, ADA Universiteti, NAPCAR (Azərbaycan Respublikası Proqramlaşdırma Müsabiqələri İştirakçıları Milli Assosiasiyası), “IEEE Azərbaycan bölməsi”, “ACM Azərbaycan bölməsi”, “BEU ACM tələbə bölməsi”, “BEU IOI və ACM ICPC təlim mərkəzi”dir.

ACM ICPC-nin Azərbaycan üzrə regional direktoru Ramin Mahmudzadə, münsiflər heyətinin sədri və koordinatoru isə Etibar Seyidzadədir.

QEYD: 26 oktyabr 2018 tarixində saat 19:00-20:00-da ACM ICPC NEERC Azerbaijan Subregional müsabiqənin sınaq turu (sistemlə tanışlıq) keçiriləcək (Bakı Mühəndislki Universiteti, əsəs bina, lab. 236, 237, 238, 240, 242, 244)

27 oktyabr 2018 tarixində əsas tur keçiriləcək.

Proqram:

09:30-10:00 - qeydiyyat - əsəs bina AKT zalı
10:00-11:00 - açılış - əsəs bina AKT zalı
12:00-17:00 - müsabiqə (əsas tur)

NAPCAR
BEU ACM & IOI Training Center
BEU ACM Student Chapter
Azerbaijan ACM Chapter

 

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020