Universitet- Məzun əlaqələrinin əhəmiyyəti Universitet- Məzun əlaqələrinin əhəmiyyəti

, baxılıb - 220 dəfə

Bakı Mühəndislik Universiteti məzunlarla əlaqələrin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə əhəmiyyət verir. Məzunlarla universitet arasında olan əlaqələri daha da yaxşılaşdırmaq məqsədi ilə, onlar iş yerlərində mütamadi olaraq ziyarət olunur. Görüşlərdə yeni məzunların iş həyatına adaptasıyası ölçülür və əgər iş həyatına uyğunlaşmaqda çətinlik çəkirlərsə, onlara universitetin təcrübəli mütəxəssisləri tərəfindən köməklik göstərilir. İş həyatında kifayət qədər təcrübəsi olan məzunlarla mütamadi olaraq fikir mübadiləsi aparılıraq, tələbə ikən əhəmiyyət vermədikləri nüanslar qeyd edilir və hazırda universetetdə oxuyan tələbələrə bu nüansların necə faydalı olacağı barədə təkliflər hazırlanır. Bakı Mühəndislik Universiteti tədrislə yanaşı Sənaye və qeyri sənaye müəsssələrində işləyən təcrübəli məzunların potensialindan istifadə edərək kafedralarda ehtiyac duyulan sahələr üzrə master-klassların təşkilini həyata keçirir. Həmçinin məzunların dəstəyindən istifadə edilərək tələbələrin məzunların işlədiyi müəssisələrə gəzintiləri təşkil edilir və onlara təcrubə imkanları qazandırılır. Bakı Mühəndislik Universiteti həmçinin məzunların sosial və mədəni inkişafını artırmaq məqsədi ilə daima yeni sosial layihələr həyata keçirir.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2017