Unikal layihə olan VİA davam etdiriləcək… Unikal layihə olan VİA davam etdiriləcək…

, baxılıb - 659 dəfə

Bakı Mühəndislik Universitetində (BMU) tədrisin, elmi-tədqiqatların keyfiyyətinin yüksəldilməsi, tədrisin bazarın tələblərinə uyğunlaşdırılması, univerisitet-sənaye işbirliyinin inkişaf etdirilməsi və iş dünyasının problemlərini öyrənmək üçün müxtəlif addımlar atılır. Bu məqsədlə Müəssisələrlə Əlaqələr və Karyera Departamentinin direktoru, Dosent Təyyar Mustafayev, mütəxəssisləri Gülçöhrə İbrahimova və Sahilə Daşdəmirova sıx əməkdaşlıq etdiyimiz "Veysəloğlu Qrup" MMC-nin HR departamentinin direktoru Zaur Zeynalov və Təlim-İnkişaf şöbəsinin müdiri Günel İsmayılova ilə növbəti görüş keçirildi. Görüşdə 1-ci VİA-layihəsinin nəticəsi haqqında danışıldı. Bunu da qeyd edək ki, "Veysəloğlu Qrup" MMC-nin həyata keçirdiyi VİA layihəsində imtahanlarla seçilmiş 8 məzunumuz 5 ay müddətində həm nəzəri, həm də praktiki olaraq mütəxəssis kimi yetişdirildi. Layihədə iştirak edən məzunlar önəmli vəzifələrdə işlə təmin olundular. Məzunlarımızın həm dərs, həm də nümunəvi davranışlarına görə şirkət öz təşəkkürünü bildirdi və 2-ci VİA- layihəsinin planlaşdırılması mövzusu müzakirə edildi. Eyni zamanda "Veysəloğlu Qrup" MMC ilə universitetimizin əməkdaşlığının daha da genişləndirilməsi mövzusunda yeni plan və layihələrin həyata keçirilməsinə haqqında mövzular müzakirə olundu. Bunu da qeyd edək ki, "Veysəloğlu Qrup" MMC yaxın zamanlarda tələbələrimiz üçün çox maraqlı layihələr təqdim edəcək.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018