BMU rektoru ən yaxşı startap komandası üzvləri ilə görüşüb BMU rektoru ən yaxşı startap komandası üzvləri ilə görüşüb

, baxılıb - 845 dəfə

 

   Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Microsoft” və “Azercell” şirkəti ilə birgə həyata keçirdiyi “İdeyadan Biznesə” layihəsi çərçivəsində Bakı ali təhsil müəssisələrinin tələbələrindən ibarət komandaların  startap layihələrinin yarışı mərhələsində Bakı Mühəndislik Universitetinin komandası qalib olmuşdur.

   Qalib komandanın üzvləri ilə universitetin rektoru professor Havar Məmmədovun görüşü təşkil olunub. Görüşdə qalib komanda ilə yanaşı universitetin elmi işlər üzrə prorektoru dos. Elçin Süleymanov, Texnoparkın müdiri Samir Məmmədov iştirak edib.

   Rektor, professor Havar Məmmədov tələbələri əldə etdikləri nəaliyyət münasibətilə təbrik edib. Rektor müsabiqələrin və tələbələrin iştirakının əhəmiyyətindən danışıb.  Qeyd edib ki, müsabiqələrdə iştirak və qalib olmaq tələbənin elmi biliyinin bəhrəsini görməsidir. BMU-da tələbələrə nəzəri biliklərlə yanaşı praktik biliklərin də verilməsinə xüsusi diqqət yetirildiyini bildirən rektor universitet tərəfindən tələbələrin müasir texnoparklarda və müəssisələrdə təcrübə keçmələrinin təşkil edildiyini bildirib.

   Komanda üzvlər iştirak etdikləri müsabiqənin əhəmiyyəti və layihələri barədə ətraflı məlumat veriblər. Qeyd ediblər ki, universitetdə tələbələr üçün yaradılan şərait və xüsusən universitet Texnoparkının olması onların yerli və beynəlxalq yarışlarda iştirakına və uğur qazanmalarına imkan verir. Tələbələr yaradılan elmi yaradıcılıq imkanlarına görə rektora təşəkkür ediblər və görüşün onlar üçün final öncəsi stimul olduğunu bildiriblər.

    Qeyd edək ki, müsabiqənin Milli Final mərhələsi  26-30 oktyabr tarixlərində  ilk dəfə olaraq Bakıda təşkil olunan “İnnovasiyalar həftəsi” çərçivəsində keçiriləcək.

  

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020