BMU-nun rektoru  BSUN  2018-ci il Konqresində iştirak edib BMU-nun rektoru BSUN 2018-ci il Konqresində iştirak edib

, baxılıb - 514 dəfə

   Yunanıstanın Saloniki şəhərində Aristotel Universitetinin ev sahibliyi ilə keçirilən Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin (BSUN - Black Sea Universities Network) 2018-ci il Konqresində və rektorlarının XIII konfransı keçirilib. 

  Konfransda Azərbaycan da daxil olmaqla 11 ölkənin 35 ali təhsil ocağından rektorlar və nümayəndələr iştirak edib. BMT-nin Davamlı İnkişaf Planının həyata keçirilməsinə yardım məqsədi ilə təşkil olunan tədbir Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin 20 illik yubileyinin qeyd olunması ilə başlayıb. Konfransda Bakı Dövlət Universitetinin rektoru akademikAbel Məhərrəmov,  Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov, Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı məruzələrlə çıxış ediblər.

   Konfransda çıxış edən rektorlar Azərbaycanın son illər elm və təhsil sahəsində əldə etdiyi nailiyyətlər,  Prezident İlham Əliyevin elmə və təhsilə göstərdiyi qayğıdan, bu sahədə aparılan uğurlu islahatlardan, həmçinin, təhsil müəssisələrinin inkişafından danışıblar.

   Daha sonra çıxış edən BSUN-un İdarə Heyətinin sədri, professor Eden Mahmut Azərbaycanın nüfuzlu təşkilata verdiyi töhfələri yüksək qiymətləndirib.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018