BMU Qadınlar Şurasının üzvləri və universitetin tələbə heyəti Respublika Qadınlar Cəmiyyətinin üzvləri ilə birlikdə 5 nömrəli Fiziki Qüsurlu İnternat məktəbində olublar BMU Qadınlar Şurasının üzvləri və universitetin tələbə heyəti Respublika Qadınlar Cəmiyyətinin üzvləri ilə birlikdə 5 nömrəli Fiziki Qüsurlu İnternat məktəbində olublar

, baxılıb - 802 dəfə

   Bu gün  2017/18-ci dərs ili başa çatdı və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalındı. Bu gözəl gündə Bakı Mühəndislik Univetsitetinin Qadınlar Şurası üzvləri və universitetin tələbə heyəti  Respublika Qadınlar Cəmiyyət ilə birlikdə 5 nömrəli Fiziki Qüsurlu İnternat məktəbində 26 gəncin şad gününü onlarla bölüşüb, təbrik və  hədiyyələrini çatdırdılar.  BMU Qadınlat Şurasının ən gənc üzvü, tərcümə bölməsinin 3- cü kurs tələbəsi  Gülnurə Hüseynli çıxış edərək məzunlara xoş arzularını çatdırdı və qeyd etdi ki, heç bir fiziki qüsur uğura əngəl ola bilməz. O, BMU Qadınlar Şurası adından məktəbin direktoru  İradə xanıma məktəbdəki usaqlara göstərdiyi diqqət və qayğıya görə təşəkkür etdi və BMU-da təhsil alan tələbə  dostlarının  xeyir-dualarını çatdırdı və onlarla olduğunu bildirdi.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018