BMU müəllimi konfrasda iştirak edib BMU müəllimi konfrasda iştirak edib

, baxılıb - 124 dəfə

 

  25-27 oktyabr tarixlərində Bakıda "Keçə sənətində kəsişmə nöqtələri" mövzusunda III Beynəlxalq “Türk dünyasının ortaq dili ‒ naxışlar” simpoziumu keçirilib. Simpoziumun proqramı konfrans, tematik sərgilər, ustad dərsləri, moda nümayişi və satış yarmarkasından ibarət idi. Tədbirə 22 ölkədən 83 iştirakçı qatılıb. Simpoziumun təşkilatçıları – YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, MDB-nin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (МФГС) və Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin dəstəyi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyidir. Simpoziumda Azərbaycan, ingilis, rus və türk dillərində elmi konfrans təşkil olunub. "Keçə tarixindən", "Ənənələr və müasirlik"  "Keçə geyim və interyerdə", “Muzey kolleksiyalarında keçə”,  “Keçənin bədii və texniki xüsusiyyətləri”,  “Keçə müasir incəsənətdə” və “Keçə moda dünyasında bir trend kimi”  mövzular üzrə sessiyalar kecirildi. Oktyabrın 25-də Azərbaycan Xalça Muzeyində  “Ənənəvi keçə sənəti” və “Keçə müasir incəsənətdə” sərgilərinin açılış mərasimi baş tutub. Azərbaycanlı ustalarla yanaşı, türk, rus, qırğız, macar, isveç, amerikalı keçəçi-rəssamların da əl işləri təqdim olunub.

  Həmin konfransda  Bakı Mühəndislik Universitetinin  müəllimi Sənətşünaslıq üzrə elmlər doktoru  Arzu Məmmədova iştirak edib. Arzu Məmmədova Azərbaycan, Türkiyə və Rusiyada keçirilən beynəlxalq konfranslarda iştirak etmişdir. Onun məqalələri bir sıra yerli və beynəlxalq jurnallarda nəşr olunub. Dünyanın bir çox ölkələrində fərdi sərgiləri keçirilmişdir. Buna misal olaraq 2004-cü il sentyabr ayında Amerikada “Turkish Festival in Houston” , 2016-cı il Sidneydə “ Motion the Drop-Art Exhibition” və həmçinin Avstriya, Azərbaycan və Türkiyədə keçirilən sərgiləri göstərmək olar. O, 2011-ci ildən Azərbaycan Rəssamlar İtifaqının üzvüdür. Onun əl işləri Avropa və Asiyanın müxtəlif ölkələrində şəxsi kolleksiyalarda saxlanılır. O öz dizaynlarında tesktil, keramika, şüşə və mərmərdən məharətlə istifadə edir. İndiyədək Türkiyə və Qazaxıstanda yerləşən səkkiz  5 ulduzlu otellərin interyer-dizaynını vermişdir.

  Sənətşünaslıq üzrə elmlər doktoru  Arzu Məmmədova konfransda  “Keçe ve modern Batılı sanatçılar tarafından kullanım şekilleri” məqaləsinin poster təqdimatını edib. Müəllif  məqaləsində qeyd edib ki, keçə toxunma deyildir. O soyuğ məkanlara istikik gətirən, günlük yaşam mədəniyyətinin bir parçasıdır. Eyni zamanda  onun hazırladığı “Köç” adlı 6 kvadratmetr keçə üzərində Macarıstanlı alimin video enstalasyon göstərisi olub.

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018