BMU-nun kafedra müdirinin məqaləsi alimlərin diqqətini çəkib. BMU-nun kafedra müdirinin məqaləsi alimlərin diqqətini çəkib.

, baxılıb - 216 dəfə

   İlki 1932-ci ildə Qazi Mustafa Kamal Atatürk tərəfindən  başladılan, Türk və Türkiyə tarixinə aid xüsusi məruzələrin təqdim edildiyi Türk Tarix kongrelerinin XVIII-si 1-5 oktyabr 2018 tarixləri arasında keçirilir. Tarixin ilk dövrlərindən etibarən konfransa Türk və Türkiyə tarixi ilə əlaqədar Anadolu, Balkanlar, Qafqaz, Yaxın Şərq və Uzaq şərq, Türkistan, Afrika, Avrasiya sahələrində tarixlə əlaqəli olmaqla; fəlsəfə, sosiologiya, hüquq, elm-texnologiya, təhsil, iqtisadiyyat, kommunikasiya, beynəlxalq əlaqələr, sənət və arxeologiya mövzularında məqalələr  qəbul edilməkdədir.

   Bu ilki konfransada da dünyanın dörd bir tərəfindən 700-dən çox alim konfransda iştirak edir. Bakı Mühəndislik Universitetinin ümumi fənnlər kafedrasının müdiri dos. Bilal Dədəyev konfransda "Osmanlı dövlətində Qarabağlı Tacəhmədzadələr ailəsi " adlı məqaləsi ilə iştirak edir. Onun məruzəsi alimlərin marağına səbəb olub və diqqətlə dinlənilib.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018