Tanınmış jurnalist BMU-nun Tələbə Media Mərkəzində olub Tanınmış jurnalist BMU-nun Tələbə Media Mərkəzində olub

, baxılıb - 331 dəfə

Oktyabrın 28-də Bakı Mühəndislik Universitetində Tələbə Media Mərkəzinin əməkdaşları və 105 fm – Azərbaycan Dövlət Radiosunun “Gəl, səhərim” proqramının ssenari müəllifi, aparıcısı Günay Tehranqızı ilə görüşü keçirilib.
İlk öncə qonağa Tələbə Media Mərkəzinin fəaliyyəti haqqında ətraflı məlumat verildi. Bildirildi ki, Tələbə Media Mərkəzi Azərbaycanda ilk dəfə təsis edilmiş yeni və innovativ media qurumudur.

Daha sonra TMM-in bütün şöbələrinin-“ETV”, “Radio Student” (onlayn tələbə televiziya və radio kanalı) və “Pəncərə” qəzetinin üzvlərinin iştirak etdiyi görüşdə jurnalist öz təcrübəsini paylaşıb və tələbələrin suallarını cavablandırıb.



Jurnalistin peşəkarlığının sübutu kimi danışıq və yazı qabiliyyətinin olmasını xüsusi vurğulayan Günay xanım həmçinin jurnalistin sənətinə olan münasibətdə fədakar və səmimi yanaşmasının önəmli olduğunu vurğulayıb. Görüş zamanı TMM-in səsyazma və çəkiliş studiyalarını da gəzən Günay xanım burada yaradılmış şəraiti və görülən işləri böyük müvəfəqiyyət adlandırdı. Fərqli ixtisasda oxuyan tələbələrin media sahəsinə maraqlarının olmasını və TMM-də fəaliyyətlərinin təqdirə layiq olduğunu qeyd edərək tələbələrə uğurlar arzuladı.

Sonda Günay Tehranqızı tələbələrlə xatirə şəkili çəkdirdi və bundan sonra da Tələbə Media Mərkəzi ilə əməkdaşlığının davam edəcəyini və onları Azərabycan Dövlət Radiosunu dinləməyi və ekskursiyaya gəlməyi tövsiyə etdi.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020