Tәlәbәlәrimizin vәtәndәn kәnarda Azәrbaycanı tanıtdıqları vә tәmsil etdiklәri üçün qürur duyuruq Tәlәbәlәrimizin vәtәndәn kәnarda Azәrbaycanı tanıtdıqları vә tәmsil etdiklәri üçün qürur duyuruq

, baxılıb - 439 dəfə

Bakı Mühəndislik Universitetinin maliyyə ixtisasının 4-cü kurs tələbələri Maliyyə kafedrasının müdiri Dr. Füzuli Əliyevin rəhbərliyi ilə DAAD Study Visit proqramı çərçivəsində Almaniyanın Marburg Universitetində 10 günlük sәfәrdədirlər. Tәhsil gәzintisinin növbəti günündә universitetimizin tәlәbәlәri Philipps University Marburg-da Azәrbaycan gecәsi keçiriblәr. Marburg Universitetinin müәllim vә professor heyәti, hәmçinin, bir çox xarici tәlәbәlәrin iştirak etdiyi tәdbirdә Azәrbaycanın tarixi, mәdәniyyәti, milli şirniyyatları, milli geyimlәri, o cümlәdәn, milli rәqslәri nümayiş olunub. Tәdbir boyunca iştirakçılara Azәrbaycan haqqında suallar verilәrәk, onlara Azәrbaycana mәxsus müxtәlif hәdiyyәlәr tәqdim olunub. İştirakçılar tәdbirdәn xoş tәәssüratlarla ayrıldılar vә xüsusilә dә milli geyimlәrimizә vә şirniyyatlarımıza böyük maraq göstәrdiklәrini bildiriblәr.

Tələbələrimiz səfərin növbəti günündə Almaniyanın bir sıra maliyyә təşkilatlarına - BaFin, Frankfurt Main Finance Center vә Deutsche Bundesbank-a sәfәr etmişlәr. Almaniyanın Maliyyə Bazarlarına Nəzarət İdarəsi olan BaFin-dә şirkәt haqqında әtraflı mәlumat almış vә sonar “Supervision of German Asset Management Companies, Investment Funds, Depositaries II” şöbəsinin müdiri Dr. Winfried A. Adam-ın tәqdimatında maliyyә bazarlarına nәzarәt sistemi, müştәri әminliyinin tәmin edilmәsi, çirkli pulların yuyulması vә terrorizmin maliyyәlәşdirilmәsinin qarşısının alınması barәdә seminarda iştirak etiblәr. Daha sonra tәlәbәlәr Frankfurt Main Finance Center-in icraçı direktoru Andreas Glanzel tәrәfindәn keçirilәn “Frankfurt Avropanın maliyyə paytaxtı kimi” adlı seminarında iştirak etmiş, hәmçinin Brexit-in Avropanın maliyyә sisteminә tәsirlәri barәdә müzakirәlәr aparıblar.

Deutsche Bundesbank-da (Almaniya Mәrkәzi Bankı Hessen regional ofisi) president ofisinin heyət üzvü Björn Backmann mərkəzi bankçılıq bank barәdә mәlumat vermiş, hәmçinin maliyyә böhranlarının Avropanın pul siyasәtinә tәsirindәn danışmışdır. Sözügedәn sәfәrlәrdә vә seminarlarda tәlәbәlәr interaktiv iştirak etmiş, tәcrübә vә iş imkanları barәdә mәlumatlandırılıblar.

Tələbələrimizin səfəri Koblenz Tətbiqi Elmlər Universitetində davam edir.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020