Tələləbələrimizə "Banklarda hesablarla əməliyyatlar" mövzusunda sertifikatlı təlim keçirildi Tələləbələrimizə "Banklarda hesablarla əməliyyatlar" mövzusunda sertifikatlı təlim keçirildi

, baxılıb - 485 dəfə

“Amrahbank" ASC-nin təlim layihələri çərçivəsində Bakı Mühəndislik Universitetin İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbələri üçün"Banklarda hesablarla əməliyyatlar" mövzusunda  bankın baş ofisində 25 və 27 dekabr 2017-ci il tarixində təlim keçirildi.

Təlimin əsas məqsədi tələbələrin inkişafına dəstək göstərmək və onların gələcək karyera seçimində onları maarifləndirməkdən ibarət idi. Tələbələr təlim zamanı bank hesabı növləri, bank hesablarının açılması üçün tələb olunan sənədlər (praktik sənədlərlə), bank hesablarının açılması qaydaları, bank hesablarının aparılması qaydaları, bank hesablarının bağlanması qaydaları, hesabdan pul vəsaitlərinin silinmə növbəliyi mövzuları haqqında ərtaflı praktiki biliklər əldə etdilər. Təlimin sonunda iştirak edən tələbələrə sertifikatlar verilərək xatirə şəkilləri çəkdirildi.

Tələbələrimizə yaratdıqları şəraitə və mükəmməl təlim imkanlarına görə “Amrahbank" ASC nin rəhbərliyi başda olmaqla bütün əməkdaşlarına Bakı Mühəndislik Universitetinin rəhbərliyi adından öz təşəkkürümüzü bildirir və bankla əməkdaşlığımızın daha da inkişaf edəcəyinə ümid edirik.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018