Tələbəmiz ABŞ-ın Luiziyana Dövlət Universitetində təqaüdlü doktorantura oxumaq imkanı əldə edib Tələbəmiz ABŞ-ın Luiziyana Dövlət Universitetində təqaüdlü doktorantura oxumaq imkanı əldə edib

, baxılıb - 435 dəfə

   Bakı Mühəndislik Universitetinin Dünya İqtisadiyyatı kafedrasının İngilis dilində təhsil alan 4-cü kurs bakalavr tələbəsi Afat Əliyev növbəti böyük uğura imza atıb. Belə ki, Afat dünyanın bir çox öndə gedən universitetlərindən Doktorantura pilləsinə qəbul alıb. Amerika Birləşmiş Ştatlarının 4 universitetinə və bir neçə Avropanın universitetlərinə təqaüdlü qəbul almışdır. Afatın seçimi ABŞ-ın Luiziyana ştatında yerləşən, Luiziyana Dövlət Universitetinin (Louisiana State University) İqtisadiyyat üzrə Doktorantura pilləsinin təqaüdlü qəbulu olmuşdur. ABŞ-ın bu universiteti çox prestijli və rəqabətli olmasıyla yanaşı, tələbələrinə yüksək təqaüd imkanları yaradır. Belə ki, tələbəmiz universitetdə ödənişsiz təhsil almaqla yanaşı, aylıq 2070$ ABŞ dolları (3500 AZN) miqdarında təqaüdə layiq görülmüşdür. Tələbəmizin bu uğuruna əsas səbəb həm onun dərslərindən yüksək qymətləri, həm İELTS imtahanından 7.5 ballıq nəticəsi və GRE imtahanından 92%-lik nəticə alması olmuşdur. Bakalavr pilləsindən tələbəmizin belə bir uğur qazanması bizim üçün çox sevindirici və qürur verici haldır. Tələbəmizi təbrik edirik, ona bundan sonrakı akademik karyerasında uğurlar arzu edirik! (Dos. Mayis Əzizov)

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020