Tələbələrimizin “Veysəloğlu” Şirkətlər Qrupunun İnformasiya Texnologiyaları departamentində təcrübə və iş imkanları Tələbələrimizin “Veysəloğlu” Şirkətlər Qrupunun İnformasiya Texnologiyaları departamentində təcrübə və iş imkanları

, baxılıb - 202 dəfə

BMU Müəssisələrlə Əlaqələr və Karyera Departamentinin və “Veysəloğlu” Şirkətlər Qrupunun İnsan Resursları Direktorluğunun, Təhsil müəssisələri ilə əlaqələr bölməsinin təşkilatçılığı ilə Bakı Mühəndislik Universitetində “kompüter mühəndisliyi” və “informasiya texnologiyaları” ixtisasları üzrə təhsil alan sonuncu kurs tələbələri ilə görüş keçirilmişdir. Görüşün keçirlməsində məqsəd şirkətin informasiya texnologiyaları departamentində BMU-nun tələbələrinin ixtisas təcrübələrinin təşkili və seçiləcək tələbələrin gələcək karyera inkişafına dəstək verməkdir.

İlk olaraq qonaqları salamlayan BMU-nun Müəssisələrlə Əlaqələr və Karyera Departamentinin Direktoru Gülçöhrə İbrahimova bildirib ki, universitetlə “Veysəloğlu” Şirkətlər Qrupu arasında 2017-ci ildə əməkdaşlıq müqaviləsi imzalanıb və bu əməkdaşlıq çərçivəsində bir sıra silsilə tədbirlər həyata keçirilib.

Təhsil müəssisələri ilə əlaqələr bölməsinin müdiri Fuad Əliyev “Veysəloğlu” şirkətinin Azərbaycanda uğurla davam edən inkişafa öz töhfəsini verərək, işgüzar biznes mühitinin ayrılmaz hissəsinə çevrildiyini və təhsilə xüsusi diqqət ayrıldığını bildirib. Şirkət ölkənin bir çox aparıcı ali və peşə təhsili müəssisələri ilə uğurlu əməkdaşlıq edir. Tələbə və magistrantlara şirkətdə mütəmadi olaraq təcrübə keçmək üçün şərait yaradılır və informasiya turları təşkil edilir. Artıq bir neçə ildir ki, “Veysəloğluda ilk Addımlar” (VİA) adlı beş aylıq təcrübə proqramı uğurla davam edir. Bu proqram vasitəsi ilə istedadlı, savadlı, bilik və bacarıqları yüksək olan gənclər şirkətimizə cəlb edilməklə onlar müasir əmək bazarının bütün tələblərinə uyğun olaraq hazırlanırlar.

İnformasiya Texnologiyaları departamentinin direktoru Fuad Aslanov əmək bazarında IT mütəxəssislərə olan tələb, tətbiq olunan texnologiyalar və Veysəloğlu Şirkətində ixtisas təcrübəsi keçmək istəyən tələbələr üçün yaradılan imkanlardan və təcrübə proqramlarından geniş məlumat verib.

Tədbir zamanı tələbələr şirkətdə ixtisas təcrübə keçmək üçün test imtahanından (məntiqi təfəkkür və ixtisas üzrə) keçiblər. Testlərdən və müsahibə mərhələsindən müvəffəqiyyətlə keçəcək namizədlər şirkətdə ixtisas təcrübəsi keçmək imkanı əldə edəcəklər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar nümayəndə heyətimiz tərəfindən cavablandırılıb.

https://www.veyseloglu.az/az/public-view/veyseloglu-tecrube-programi-gorus/?fbclid=IwAR2HlxgfboNe-yq_YSYZYT3kJimTsGic90aFxpxta-oYl0QtDAyR98X5WiY

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018