Tələbələrimiz BP-ni “kəşf ediblər” Tələbələrimiz BP-ni “kəşf ediblər”

, baxılıb - 196 dəfə

Bakı Mühəndislik Universitetinin Mexanika Mühəndisliyi ixtisasının seçilmiş 2-ci kurs tələbələri “BP Azerbaijan” şirkətinin “BP-ni kəşf et” adlı “Açıq qapı” günündə iştirak ediblər.

Tədbir BP-nin təcrübə və səriştələrini bölüşmək, eləcə də gənc mühəndislərin təhsilinə və inkişafına dəstək göstərilməsi üçün şirkətin fəaliyyətləri, texnologiyaları, əməliyyatları, prosesləri və mexanizmləri haqqında məlumat vermək məqsədi daşıyan “BP-nin universitetlərlə əməkdaşlıq proqramı” çərçivəsində təşkil edilib.

BP-nin insan resursları üzrə vitse-prezidenti Nərminə Nəbiyeva deyib: “Biz inanırıq ki, bu tədbir tələbələr üçün Azərbaycanda neft və qaz sənayesindəki perspektivlər və təcrübələr haqqında daha yaxından məlumat almağa gözəl imkan yaratdı. Biz bu tədbiri tələbələrin neft-qaz sənayesində və xüsusən də BP-də mühəndis yaxud mütəxəssis kimi öz gələcək karyeralarını necə qura biləcəklərini başa düşmələrinə yardım etmək üçün nəzərdə tutmuşuq.”

Tədbirin proqramı təqdimatlardan və BP-nin obyektlərinə səfərlərdən ibarət olub. Tədbir tələbələrə BP-nin təcrübə və məzun proqramı üzrə imkanlar haqqında ətraflı məlumat almağa, BP-nin yüksəkvəzifəli əməkdaşlarından onların rolları barədə öyrənməyə və eləcə də şirkətə yeni işə götürülmüş məzunlarla ünsiyyət qurmağa şərait yaradıb.

“Açıq qapı” günü çərçivəsində tələbələrimiz, həmçinin BP-nin əməliyyatçısı olduğu Səngəçal terminalına səfər edib və öz nəzəri biliklərinin praktikada necə tətbiq olunacağını görmək üçün iş sahələri ilə yaxından tanış olublar.

https://azertag.az/xeber/Telebeler_BP_ni_kesf_edibler-1214434

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018