Tələbələrimiz "Ulduz" şokalad fabrikində Tələbələrimiz "Ulduz" şokalad fabrikində

, baxılıb - 307 dəfə

Müəssisələrlə Əlaqələr və Karyera departamenti müntəzəm olaraq  universitetimizin tələbələrinə günlük təcrübə gəzintiləri təşkil edir. Bu istiqamətdə 30.11.2017 tarixində  Mühəndislik fakültəsinin tələbələrinin “Ulduz” şokolad fabrikinə gəzintisi təşkil olundu.

Tələbələrimizi "Ulduz" şokalad fabrikinin gülərüz personalı qarşılayaraq  istehsalat prosesi haqqında ətraflı məlumat verdilər. Daha sonra tələbələrimiz istehsalat gedən fabrikə daxil olaraq orda gedən prosesləri yaxından izlədilər, onlarda  yaranmış suallar haqqında fabrikin təcrübəli muhəndislərindən ətraflı məlumat aldılar. Tələbələr dərslərdə dinlədikləri nəzəriyyənin istehsalatda necə tətbiq olunduğunun əyani olaraq şahidi oldular.

Onu da qeyd edək ki, "Ulduz" fabriki yerli bazarla yanaşı Orta Asiya, Rusiya, Gürcüstan kimi xarici bazarlarda da şokolad markaları olan "Ritm", "Rocky", "Tango", "Xonça", “Seasons”, “Sema”, “Wedding” və bir sıra digər məhsulların müxtəlif çeşidləri ilə böyük nüfuz qazanıb.

Fabrikin müasir anbar infrastrukturuna malik olması onu öz sektorunda qabaqcıl şirkətlərdən birinə çevirmişdir. Bazar iqtisadiyyatının təşəkkül tapdığı bir dövrdə, müasir texnologiyaların istehsalata tətbiqi, eləcə də müştəri məmnuniyyəti “ULDUZ”un əsas fəaliyyət hədəflərindəndir.

Tələbələrimizə göstərdiklərə isti münasibətə və yaratdıqları şəraitə görə “Veysəloğlu Qrup” MMC-nin rəhbərliyi başda olmaqla bütün əməkdaşlarına Bakı Mühəndislik Universitetinin rəhbərliyi adından öz təşəkkürümüzü bildirir və şirkətlə əməkdaşlığımızın daha da inkişaf edəcəyinə ümid edirik.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2017