Tələbələrimiz üçün yeni təcrübə imkanları Tələbələrimiz üçün yeni təcrübə imkanları

, baxılıb - 563 dəfə

Müəssisələrlə Əlaqələr və Karyara departamentinin təşkilatçılığı ilə müntəzəm olaraq şirkətlərlə görüşlər təşkil edilir. Bu gün  departamentimizin qonağı Çıraq Studio şirkətinin nümayəndələri oldu. Görüşdə şirkət nümayəndələri şirkətin yaranma tarixi haqqında və fəaliyyət strategiyası haqqında ətraflı məlumat verdilər və qeyd etdilər ki, şirkət ölkədə kifayət qədər tanınmış şirkətlərlə yaxından əməkdaşlıq edir. Əməkdaşlıq sahələrinə İT layihələrinin yazılması, dizayn xidmətləri, şirkət işçilərinin motivasiyasını artırmaq məqsədi ilə sosial tədbirlərin təşkil edilməsi və digər fəaliyyətlər aid olduğunu bildirdilər. Qonaqlarımızın hədəf kütləsi gənclər olduğu üçün daha çox gənclərlə işləməyə üstünlük verdikərini və yeni layihələrə İT sahəsi üzrə innovativ düşüncələri olan tələbələrin cəlb edilməsində maraqlı olduğlarını bildirdilər. Daha sonra qonaqlar BMU Texnoparkı ilə tanış oldular və birgə görə biləcəkləri işlər barədə geniş fikir mübadiləsi apardılar.

Nəticə olaraq görüşdə birgə işləmək üçün yol xəritəsi hazırlandı və əmədaşlığın daha da inkişaf etdirilməsi planlaşdırıldı. 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2017