Tələbələrimiz üçün “Gilan Holding”-də təcrübə imkanları Tələbələrimiz üçün “Gilan Holding”-də təcrübə imkanları

, baxılıb - 680 dəfə

Bugün Müəssisələrlə Əlaqələr və Karyera departamentinin təşkilatçılığı ilə “Gilan Holding”-in İşə qəbul üzrə meneceri Vüsal Muradov və İşə qəbul üzrə mütəxəssisi Ağahüseyn Əliyev universitetimizin qonağı oldu.  Görüşdə şirkət nümayəndələri şirkətin hal-hazırda planlaşdırdığı “Gilan Tələbə Təkmilləşdirmə Proqramı” haqqında ətraflı məlumat verdi. Proqramda Bakı Mühəndislik Universitetinin tələbələrinin iştirakının vacibliyi vurğulandı. Holdinqin bu proqramda əsas məqsədi gənclərin iştirakı olduğu üçün, daha çox gənclərlə işləməyə üstünlük verdikərini və bu kimi proqramlara yenilikçi düşüncələri olan tələbələrin cəlb edilməsində maraqlı olduğlarını bildirdilər.

Hörmətli tələbələr, bu unikal proqramın şərtləri və proqramda iştirak haqqında ətraflı məlumat ən yaxın zamanda saytımızda elan ediləcək.

Tələbələrimiz üçün çox faydalı olan bu proqramda iştirak üçün imkan yaratdığına və tələbələrimizə göstərdikləri diqqət və qayğıya görə “Gilan Holding”-in rəhbərliyinə öz təşəkkürümüzü bildiririk.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018