Tələbələrimiz Üçün Amerika Birləşmiş Ştatları Səfirliyində Təcrübə İmkanları Tələbələrimiz Üçün Amerika Birləşmiş Ştatları Səfirliyində Təcrübə İmkanları

, baxılıb - 714 dəfə

Amerika Birləşmiş Ştatları Səfirliyini Maliyyə və İnsan Resursları şöbəsinin direktoru Christopher Green və İnsan Resursları şöbəsinin təcrübəçisi Gulnar Mansurzada Müəssisələrlə Əlaqələr və Karyera  departamentinin qonağı oldu. Görüş zamanı Amerika Birləşmiş Ştatları Səfirliyində ildə bir neçə dəfə elan olunan təcrübə proqramları və BMU tələbələrinin bu proqramlarda iştirak etmə imkanları müzakirə olundu.

Qeyd edək ki, bu təcrübə proqramlarının məqsədi tələbələrə xarici iş mühitində unikal təcrübə imkanları təklif edir. Təcrübəçi tələbələr təcrübə müddətində aşağıdakı işləri görə bilir:

  • Elmi və ya funksional tədqiqat;
  • İqtisadi və siyasi hesabat yazmaq;
  • Yazışma qaydaları;
  • İnformasiya sistemləri;
  • Beynəlxalq məsələlərin təhlili;
  • İnzibati məsələlər;
  • Büdcə və maliyyə məsələləri;
  • İnsan resurslarının idarə olunması məsələləri;

Tələbələr üçün təcrübə proqramlarının üstünlükləri:

     • Karyera inkişafı haqqında məlumat verir;

     • Ünsiyyət və komanda ilə birgə işləmə bacarıqlarını inkişaf etdirir;

     • Seçilən karyera sahəsindəki peşəkarlarla birgə işləmə imkanı verir;

Müraciət  üçün:

  • ABŞ Səfirliyinin  veb səhifəsində mövcud olan İşəgötürmə üzrə ərizənin doldurulması (UAE) (Form DS-174);
  • Motivasiya məktubu(ingilis dilində);
  • Pulsuz xidmət müqaviləsi (nümunə ABŞ səfirliyinin Bakı internet səhifəsində mövcuddur);
  • Təhsil müəssisəsindən təcrübə üzrə yazılı icazə (ingilis dilində üstünlük təşkil edir);
  • Tövsiyə məktubu (ingilis dilində üstünlük təşkil edir);
  • Akademik transkript (ingilis dilində üstünlük təşkil edir).

Təcrübə müddəti: 6 ay

İş saatları: Part-time, 20-30 saat / həftə

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018