Tələbələr arasında intellektual çempionat keçirilib Tələbələr arasında intellektual çempionat keçirilib

, baxılıb - 33 dəfə

Newscenter.az.20.12.2017. Təhsil Nazirliyi və Azərbaycan İntellektual Klublar Assosiasiyasının birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə ali təhsil müəssisələrinin tələbələri arasında “Nə? Harada? Nə zaman?” formatında intellektual çempionat keçirilib. 

Newscenter.az-ın xəbərinə görə, çempionatda respublikanın 28 ali təhsil müəssisənin komandası iştirak edib.
Yarışın keçirilməsində əsas məqsəd gənclərin yaradıcı və intellektual inkişafına təkan verilməsi, tələbələrin intellektual fəaliyyətə daha geniş miqyasda cəlb edilməsi və asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.

Çempionatın nəticəsi olaraq Bakı Mühəndislik Universitetinin komandası I, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının komandası II, Azərbaycan Dövlət İqtisad Universitetinin komandası isə III yeri tutub.
Qaliblər kubok, medal və sertifikatlarla mükafatlandırılıb.
R.Mehdiyeva

http://newscenter.az/2017/12/20/telebeler-arasinda-intellektual-chempionat-kechirilib.html

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018